Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirmiş, sənət və söz sərrafı, ATİA.AZ saytının "MƏDƏNİYYƏT və İNCƏSƏNƏT" bölməsinin rəhbəri, tanınmış gənc aşıq, "ZİRVƏ Hazırlıq Kursları"nın Müşfiqabad filialının müdiri Ceyhun Qurbansoyun dünyaya gəldiyi gündür.
ATİA.AZ saytının yaradıcı heyəti adından CEYHUNU təbrik edir və deyirik:
"Kədərlənmə zaman tez keçir deyə… Bütün arzularının reallaşması diləyi ilə xoşbəxt illərə doğru....
Əllərində güllər həmişə açsın, amma tikanları sancmasın. Xoşbəxtlik həmişə ürəyinə dolsun..."
Və əziz dostumuz, AYB-nin üzvü, “Qızıl Qələm “ mükafatı laueratı, şair-filosof, Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər akademiyasının fəxri doktoru, professor Hacı Loğman Qorqudun CEYHUN QURBANSOYA həsr etdiyi bir şeiri hörmətli oxucularımıza ərməğan edirik:
Dədə aşıqların sənət yolunda,
Heç vaxt büdrəməsin izi Ceyhunun.
Tanrıdan verilən xoş camalı var,
Daim təbəssümlü üzü Ceyhunun..
Şirin kəlamı var, duzlu, məzəli,
Çünki Gədəbəydi ilki, əzəli,
Pərdələr üstündə gəzəndə əli,
Könüllər oxşayır sözü Ceyhunun..
Loğman belə dostu doğması sandı,
Çünki vəfalı dost damarda qandı..
Əyilməz vüqarı, pozulmaz andı,
Çünki əyilmədi özü Ceyhunun.
AYDIN ADIGÖZƏLLİ,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər