CƏMİYYƏTİN MƏRD və VƏTƏNPƏRVƏR OĞLU - "Arifoğlu İnşaat"ın Nicatı

    Hər bir cəmiyyətin dayaq sütunu, onun xalqına, elinə-obasına arxa olan, xeyirxahlığı ilə könüllərdə taxt quran insanlardır.  Belə mərd, ürəyi yumşaq, əl tutmağı və el-obasına arxa olmağı özünə mənəvi borc bilən şəxsiyyətlərdən biri də "Arifoğlu İnşaat"da çalışan Hüseynli  Nicat qardaşımızdır.

    Hüseynli  Nicat  tikinti və alver sahəsində böyük nüfuz, təcrübə və hörmət qazanmış, öz işinin peşəkarı kimi tanınan bir insandır. Lakin onun əsl böyüklüyü təkcə qazandığı ticari uğurlarla deyil, sahib olduğu geniş qəlbi və alicənablığı ilə ölçülür.

    Nicat qardaşımız ehtiyacı olan, imkanı çatmayan insanlara hər zaman yardım əlini uzadır. Çox vaxt öz sattığı inşaat mallarını kasıb ailələrə maya dəyərinə, bəzən isə təmənnasız köməklik edərək təqdim edir. Onun üçün insanlara faydalı olmaq, bir evin tikilməsinə, bir ocağın çatılmasına kömək etmək maddi qazancdan hər zaman üstün olub.

     O, yalnız xeyirxah bir iş adamı değil, eyni zamanda vətəninə, millətinə və torpağına dərindən bağlı olan həqiqi bir vətənpərvərdir. Nicatın hər addımında, gördüyü hər işdə vətən sevgisi və insanlara olan səmimi hörməti aydın görünür.

    Qəlbi yumşaq, əliaçıq və səxavətli insanları xalq heç vaxt unutmur.  "Arifoğlu İnşaat"ın adını öz xeyirxahlıqları və mərdliyi ilə ucaldan Nicat qardaşımız kimi oğullar cəmiyyətimizin fəxridir. Bu qoca dünyada belə təmənnasız yaxşılıqlar etmək, insanlara dayaq olmaq əsl mərdlik tələb edir.

   ATİA.AZ saytı adından Nicat kimi mərd, vətənpərvər və xeyirxah oğullarımızın ruzisinin bol, ömrünün uzun, tutduğu hər bir xeyirli işin uğurlu olmasını arzu edirik!!!





Asif Zöhrabov, ATİA.AZ


Tarix: Dünən, 22:49 Oxunub: 79


Bölməyə aid digər xəbərlər