Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş "Kəlağayı Bayramı"

      Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə 24 noyabr 2026-cı il, saat 11:00-da Bakı Gənclər Mərkəzində Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş "Kəlağayı Bayramı" keçiriləcək.

     Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənə halını alan "Kəlağayı Bayramı" milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan kəlağayısının təbliği məqsədi daşıyır.

    Tədbirdən əvvəl foyedə qədim və müasir kəlağayılardan, eləcə də kəlağayı mövzusunda çəkilmiş rəsm əsərlərindən ibarət sərgi təşkil ediləcək.


  Sizi bu əlamətdar bayram tədbirində görməkdən böyük məmnunluq duyarıq!


Tarix: Bu gün, 21:59 Oxunub: 61


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı