"Bir zaman yerləri göydən süzərdim, Yerlərdən göyləri süzürəm indi"

    Bu gün Kəlbəcər ədəbi mühitinin görkəmli şəxsiyyəti Dədə Şəmşirin oğlu, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən, el ağsaqqalı  "Aşıq Şəmşir Mədəniyyət Ocağı”ictimai birliyinin sədri,  Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Yazıçılar Birliyinin üzvü olmuş,mərhum Qənbər Qurbanovun doğum günüdür.

Yaşasaydı 93 yaşı tamam olacaqdı.


Allah rəhmət eləsin.


İNDİ

 

Bahar əhvalımı xatırlayaraq,

Payız əhvalıma dözürəm indi.

Bir zaman yerləri göydən süzərdim,

Yerlərdən göyləri süzürəm indi.


O vaxt ki, könlümdə yar şövqü vardı,

Nərəm göy suları varaqlayardı.

Qollarım dəryanı qucaqlayardı,

Halsızam, dayazda üzürəm indi.

 

Məhəbbət uğrunda düşdüm borana,

İstəmişdim bir baş vuram ümmana.

Bəlkə elə çevriləcək dastana:

Sözdən mirvarilər düzürəm indi.


Elfaq Rayət oğlu, ATİA.AZ 


Tarix: Bu gün, 03:11 Oxunub: 32


Bölməyə aid digər xəbərlər
20-04-2025, 21:30 Kərəm İncəli -80