Kollecdə Gülnar Qəhrəmanova necə yadda qalacaq?

     Hər bir idarə, müəssisə və  ya  təhsil ocaqlarının rəhbərləri işlədiyi müddətdə hərəsi öz xronikası ilə ydda qalır. Göstərdiyi xidmətlərə görə tabeçiliyində olanlar  arasında rəhmət və ya lənətlə xatırlanırlar.

      Bu sual yarım ildi ki, Qazax Dövlət Sosial - İqtisadi Kollecinə düşünülməmiş, araşdırılmamış  təyin edilən direktor Gülnar Qəhərəmanova haqqında çoxlarını narahat edir.  Yalnız özünəməxsus xüsusiyyətlərə malik olan bu xanım, kollektivə çörək vermək əvəzinə, onu kəsməklə məşğuldur. Məsələn, bu il dərs bölgüsü zamanı xarici fənnlərdə dərslərin çatışmazlığından dəm vuran müdir, sonradan onun otağını “yağır” edənlər üçün dərslərin düzəlməsinə gətirib çıxardı. Bəs onda bu yalançı hay-küylərin arxasında nə dururdu? Nəydi xanımın marağı? Gülnar Qəhrəmanova olduqca özündən razı insandır. Yaltaqlığı, ona baş əyənləri, reklamı sevən bir insandır. Adicə dərs saatları az olanlar, adlarının çəkilməsini məsləhət bilmədiyim bir neçə nəfər Gülnar xanımla təkbətək söhbətdən, yalvar - yapışdan, alçaldıqdan, hətta göz yaşları axıdandan  sonra dərs saatlarını bir vəzifə maaşlarına çatdıra bilmişlər. Məhz, elə bu direktora yalvaran ali təhsilli müəllimlərin sındırılması, aşağılanması  demək deyilmi?  

     Əvvəllər də qeyd etmişik ki, Gülnar xanım dünən dediyini bu gün deyən adam deyil. Çox az-az insanlar belə xüsusiyyətləri ilə seçilir. Məsələn, ilk gəlişində işçilərlə tanışlıq edib, işini bilməyənləri kənarlaşdırmaq, ya da işdən azad etmək qərarına gəlmişdi. Sanki ovsunlanmış kimi, yenə də hər kəs öz yerində qalıb işləməli oldu. Bəs onda bu xanım əsəbi çıxışları ilə kimlərə söz demək istəyirmiş, və hansı məqsəd güdülürmüş?  Həmişə kollecin arxa yolundan qabağına dövlət maşını ilə gələn Qəhrəmanova, kollecin əsas giriş darvazasından içəri daxil olmur ki, darvazanın hansı rəngdə olduğunu yaxşı görə. Olmazmı kı, bircə litr boya aldırıb rəngini dəyişdirərək, savab qazana.  Hələ, bu gələndən kollecə dibçəkdə güldən savayı heç nə qoymayıb. Nə yaxşı ki, anbarı gəzərkən gözləri oralarda itib-batan dibçək qablarına sataşıbmış... Görmüşük ki, idarə və ya müəssisə rəhbəri hamıya nümunə olar. Gəlişi-gedişi müəyyən əməlləri ilə yadda qalar. Təəssüflər ki, Qəhrəmanovaya nümunəlik göstərilir. 

       Kollecdə 25 ildi ki, pedaqogika və psixologiya müəllimi işləmiş, tək ailə başçısı, savad dərəcəsinə görə Qəhrəmanovanın “sevdiklərindən” heç də geridə qalmayan  Ramilə Bayramovanın əmək müqaviləsinə xitam verməsi ən azından qan –qarğışdır. Vaxtilə həmin sahə üzrə diplomu məhkəmə tərəfindən tanınan Bayramova işinə, bilik - bacarığına görə yerində olan müəllimdir. Pedaqoji kollektiv və dərs dediyi tələbələr arasında nüfuza malikdir. Lakin, Ramilə Bayramovanın işinə xitam verilməsi, yerinə isə təcrübəsiz, əlinə bir dəfə də olsun jurnal almayan kadrın gətirilməsi nə dərəcədə doğrudur? Ramilə Bayramovanın 25 illik təcrübəsi əlbəttə ki, dünən işə götürdüyündən yüz dəfə çoxdur. Onda bu nə özbaşınalıqdır, ay yoldaş ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov?  Direktor Gülnar Qəhrəmanovanın yəqin ki, dövlətin qanunlarından az da olsa  başı çıxar. Bəs onda nə üçün məhkəmə qərarının əleyhinədir?  Görəsən, o bilirmi ki, məhkəmənin verdiyi qərar dövlətin  adındandır. Bəs necə olur ki, Qəhrəmanova dövlətimizi saymır? Belə isə onun dövlət müəssisəsində işləməsi məqsədəuyğundurmu? 

Yaxşı olardı ki, bu sualı da ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov cavablandırsın.  Aybaşı  Qazax kollecindən ayağını kəsməyən Samir Həmidov bəs indi bu tədris ocağına nə üçün baş çəkmir? Demək, hansısa məqsədə nail olmaq lazım imiş. Qazax  Dövlət Sosial - İqtisadi Kolleci həm də tədbirlər ocağına çevrilib. Dərs gedə-gedə tez-tez tədbirlərin keşirilməsi, tələbələrin dərsdən ayrılması,  dərslərə maneçilik törədilməsi kimlərin dəyirmanına su tökmək deməkdir? Bundan əlavə, direktor Ramilə Bayramova ilə yanaşı 5 nəfər işini bilən müəllimlərin də əmək müqaviləsinə xitam verib, eyni zamanda 6 nəfərdən əlavə, ixtisası kollecdə olmayan 2 ilin müəllimini işdən şıxartsa da, bilmədiyimiz səbəblər ucundan həmin müəllimi geri qaytarmalı olub. Yəni, Qəhrəmanovanın özü də bilmir ki, hansı istiqamətlə hərəkət etsin. Bundan əlavə, 5 Oktyabr tarixində müəllimlər günü münasibətilə kollektivə yazdığı mükafatların baş-ayaq olması da deyilənləri sübut edir.  Qəhrəmanova bu günə kimi müəllimlərdən tutmuş texniki işçilərə kimi  kimin qabiliyyətli,  kimin isə qabiliyyətsiz olmasını araşdıra bilmir. Əksinə, qabiliyyəti olanları hədə-qorxu, gözümçıxdıya salır ki, bu da cənab Prezident İlham Əliyevin  məmur özbaşınalığı haqqında dediyi dəyərli sözlərə ziddir.   Gülnar Qəhrəmanovanın kollec direktorluğuna layiq olmaması işlədikcə özünü daha çox büruzə verir. 


İlham Hacalı, ATİA.AZ


Tarix: Dünən, 21:40 Oxunub: 111


Bölməyə aid digər xəbərlər