Kəlbəcər 31 saylı məktəbdən daxil olan şikayəti təqdim edirik:
"Ərizəm ilə yazıb sizə bildirirəm ki, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin direktoru Rəcəbov Namiqin özbaşınalığı ilə bağlı bütün orqanlara müraciət etmişəm, ancaq tədbir görülməyib.
Kəlbəcər Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişəm, ancaq baxaram ki, şikayətçi mən olduğum halda şikayət etdiyim Rəcəbov Namiq İsmayıl oğlunu yox, nədənsə müstəntiq Əfsanə xanım məni ittham etmək fikrindədir. Mən Namiqin diplomunun araşdırılması haqqında müraciət etmişəm, amma mənim diplomumu yoxlayırlar.
Lap deyək mən müəllim deyiləm, adi vətəndaşam, onda nə edəcək idi bilmirəm? Rəcəbov Namiq İsmayıl oğlu İnşaat Universitetini bitirib, ixtisasca inşaatçıdı. Sonradan saxta və mənşəyi məlum olmayan arayış hesabına Gəncə müəllimlər institutundan kökü olmayan diplom əldə etmiş və müəllim olmuşdur. İndidə direktordur. Yaxşı onda ali təhsilli müəllimlər necə olacaq? Azərbaycanda müəllim çatışmamazlığı yoxdu.
Savadlı kadrlar var, onları təyin etmek olar. Xahiş edirəm araşdırılsın görək inşaatçı Namiq hansı yolla və necə diplom əldə edib ki müəllim olub? Ümumiyyətlə ixtisas dəyişmə kursunda həmin illərdə dərs deyən müəllimləri tanıyırmı?
Həmin illərdə ixtisas dəyişməni bitirən tələbələri tanıyırmı?
Tələbə yoldaşları kimlərdir, adlarını sadalaya bilərmi?
Həmin illərə aid olan tələbə yoldaşları ilə olan foto şəkil təqdim edə bilərmi və ya video çəkilişləri varmı?
Əminəm ki, sadaladqlarımın heç biri yoxdur. Cavab verə bilməyəcək. Belə təsadüfü müəllimləri təhsildən uzaqlaşdırmaq lazımdır ki, təhsilimiz inkişaf etsin. Həmçinin tele ekran vasitəsilə ictimayiləşdirmək lazımdır. Dərs bölgüsü zamanı Namiq məktəbdə tədris planını kənara qoyub öz qanunları ilə dərs bölür. Məktəbdə qruplaşma yaradaraq ətrafına özünə sərf edən bir qrup dəstə toplayıb haqqını teleb edenin, dərs bölgüsünə iradını bildirənin cəza olaraq dərslərini kəsir. Tamah insanı uçuruma aparır.
2019-2020 ci tədris ilində 2 saat dərsimi kəsdi, gördü dinmədim, 1 saat dərsimi də kəsdi, yenə dinmədim. 2020-2021 ci tədris ilində yenə dərs bölgüsünü düzgün aparmayıb. DQ- də 21 baldan az toplayan müəllimlərə 18 salatdan çox dərs verilir. Mən isə 30 bal toplamağıma baxmayaraq mənə 14 saat dərs verib. Bəs onda müəllimlər nə üçün DQ - yə getdi? DQ-yə əsasən dərs bölgüsü aparılmalıdır.
Namiq nə DQ- yə baxır, nə də müəllimin savadına özünə sərf edən kimi, öz maraqlarına uyğun olaraq dərs bölgüsü aparır. Mən dəfələrlə dərs saatımın düzəldilməsi ilə bağlı müraciət etməyimə baxmayaraq faydası olmadı.
Müraciət edərkən İnşaatçı Namiq bildirir ki üç qardaş bu məktəbdə müəllim işləyirsiniz, sizə bu qədər dərs bəs edər. Niyə deyən yoxdur ki, ay inşaatçı, müəllim, direktor Namiq, ailə sayına görə dərs bölünmür, tədris planına uyğun dərs bölünür. İnşaatçı Namiq dərs bölgüsü apararkən maliyyə potensialına yol verib. Dərs bölgüsü ilə yanaşı rəhbərliklərdə də qanuna uyğunsuzluq var. Təhsil qanununa əsasən üç ildən az pedeqoji stajı olan müəllimlərə rəhbərçilik vermək olmaz.
İnşaatçı Namiq isə yeni təyin edilmiş gənc müəllimlərə pedeqoji stajı olan müəllimlər olduğu halda öz maraqlarını güdərək rəhbərçilik verib ki, bu da qanuna uyğun deyil.
Pandemiya dövründə təyin edilən gənc müəllimlər nə şagirdi tanıyır, nə də üzünü görüb, şagird haqqında məlumatı olmaya-olmaya necə rəhbərçilik edə bilər. Mən Yeni Azərbaycan partiyasının (YAP) fəal üzvüyəm. Xahiş edirəm müvafiq orqanlara yönəldin araşdırılsın. Kəlbəcər təhsilindən mütəxəsis göndərməyin. Namiq onların da bəzilərini yoldan çıxarıb".
Emin Mahmudov
Tel: 051-336-38-36
Bölməyə aid digər xəbərlər