11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"PAŞA YAQUB xalqı aldatmaqla və fırıldaqla məşğuldur" ELNUR QULİYEV

8.01.2021- ci il  tarixdə saytımızda yayımlanan "ƏFSANƏVİ HƏKİM " PAŞA YAQUBUN FIRILDAQÇILIĞI..... başlığı ilə dərc olunan yazıya həmin məqalədə adı çəkilən psixoterapevt  Paşa Yaqub   03.02.2021 –ci il tarixdə  açıqlama verilmişdi, və məqalənin müəllifi Elnur Quliyevə göndərilmişdi.Elnur Quliyev  həmin açıqlamada irəli sürülən fikirlərin yanlış olduğunu qeyd edərək bir daha Paşa Yaqubun “FIRILDAQÇI”  olduğunu iddia edir. Elnur Quliyevin ATİA.AZ-a ünvanladığı müraciəti təqdim edirik:
   "Bu yaxınlarda   Paşa Yaqub haqqında  ATİA.AZ saytı vasitəsilə Səhiyyə nazirliyinə və  Cənab Prezidentimizə özünü bilici adlandıran , hətta alimlərdən belə cox bildiyini deyən Paşa Yaqub haqqında şikayət olaraq bir məqalə  göndərmişdim. Xahiş etmişdim ki, bu insan araşdırılsın . 
( http://atia.az/cemiyyet/2704-fsanv-hkm-raa-yaqubun-frldaql.html )
Şikayət məktubunu yazandan sonra , Paşa Yaqub bəy , belə bir aclqlama yazıb ki, guya mən ona qarşı şər böhtan atıram .
Ortaya belə bir sual cıxır: 
  -Paşa Yaqub bəy, mənim sizinlə nə qəsdi qərəzliyim ola bilər? Siz Zərdablı mən Qazaxlı. Biz Facebookda tanış olduq , bütün günü elan verirdin ki,  bütün xəstəlikləri sagaldıram . 
Məndə sizə inanıb gəldim yanınıza . Fakt sagalda bilmədiniz,  əlimdə də sübutlar var. Nəinki məni , məndən başqa daha Naxçıvanlı bir şəxsi də aldatmısınız . Həmin faktlar da var əlimdə . İnanıramki məhkəmə qarşısına cıxsan ,  daha nə qədər mənim kimi aldatdıgın insanlar  ortalığa cıxacaq . 
Paylaşım etmisən mənim haqqımda öz Facebook səhifəsində . Guya mən sənə qarşı yalan ittihamlar irəli sürmüşəm.  A kişi , mənimlə iş birliyin yox , mənimlə bir ortaglıgın yox , mənə borcun yox, mən səni uzaqdan uzaqa tanımışam , başıma acdıgın oyunlardan dolayı sənin haqqında şikayət etmişəm . Mənim sənlə nə qəsdi qərəzliyim ola bilər? İnsanların haqqına girirsən , yalan vədlər verirsən , insanlara yalan danışırsan , carəsi olan bir xəstəliyin sagalmasına qarşı maneçilik edib ləngidirsən , imkan vermirsən ki , camaat vaxtı - vaxtında elmli , bilikli həkimlərimizə gedə özlərini  müalicə etdirə . İnsanlara maddi mənəvi  ziyan vurursan . Məndə bu haqsızlığı görüb dayana bilmirəm . Mən aldandım , barı insanlarımız aldanmasın deyə , sənin haqqında şikayət edib bir tədbir görülməsini istəyirəm . 
Paşa bəy , siz hansısa öz sahənizə uygun bir xəstəliyi  bəlkə də sagalda bilərsiz , amma  xərcəng xəstəliyini , zob ( Qalxanvari vəz ) xəstəliyini , koronavirus xəstəliyini sagalda  bilməzsiniz . İnsanları bu qədər avam, cahilŞ  ağılsız hesab etməyin, ayıbdır . 
Mənim haqqımda yazdığınız statusda deyirsizki , guya mən sizin seansınızdan sonra iki dəfə uzidən kecib , ikisində də sizə demişəm ki , həkimlər gözlərinə inanmadı. Bu qədər yalanı necə danışa bilirsiz axı ? Bəli birinci dəfə həkimdən uzidən kecəndə həkim dedi ki , mənə nəsə şübhəli olan bir məqam var. Necə ola bilər ki , əməlyatlıq olan bir xəstədə həmin xəstəlikdən əsər əlamət yoxdur . Bu cümləni deyib ,  ardınca dedi ki sabah Ağstafaya gəlin orda sizi birdə kecirəcəm uzidən . Elədə etdi . Xəstəni uzidən kecirdi və xəstəliyin əməlyatlıq oldugunu söylədi . Məndə həkimə sual verdim: necə ola bilər dünən cavab başqa cıxdı , bu gün başqa ? Həkim dedi ki, Qazaxda müayinə aparatı elədə yaxşı bahalı aparat deyil, mən ancaq öz aparatıma inanıram .
Daha sonra  dərhal  sizə yazdım ki , Paşa Yaqub bəy , bu gün yenə uzidən kecdik təssüflər olsun ki, yenə əməliyyatlıq oldu . Bu nə deməkdir ? 
Qayıtdın mənə dedin ki , onlara fikir vermə onlar başlarını itirib , yoldaşına deki coxlu xurma istifadə etsin ötüb keçəcək . Elədə etdik . Amma bogaz nahiyəsində olan şiş  cəkilmədi . 
Götürdüm Bakıya apardım OnkaloJİ Xəstəxanaya , yenə eyni sözü dedilər , əməliyyatlıqdı . Daha sonra Gürcüstana apardım orda da eyni əməliyyatlıqdı dedilər . Ən sonda Topcubaşov adına xəstəxanaya apardım və nəhayət məcbur olub əməliyyat olundu . 
Gəldim sizə yazdım ki , niyə məni aldatdınız ayıb deyilmi ? Məni Facebook səhifəsində bloka atmaqla canınızı qurtardız .
Statusda qeyd etmisizki , guya biz 4 nəfər gəlmişdik yanına, dördümüz də xəstə olmuşuq . 
Hələ bir qeyd etmisən ki , 20 AZN pul ödədilər xəstəxanaya . Onun 10-u sizə catıb 10-u xəstəxanaya . Bölüşdürüb adam başına 2.50 AZN düşdüyünü qeyd etmisən . Yəni hərəmizə 2.50 AZN vermişik dördümüzü də müalicə etmisən . Sonrada deyirsən ki ; guya dördümüzdən ücü   sənə təşəkkür edib bir məndən başqa.
A  kişi, yekə kişisən həmin üc nəfər dediyin şəxsin biri 3 yaşında uşaq olub , 3 yaşında uşaq necə təşəkkür edə bilər sənə, bu qədər yalanı niyə danışırsan ??? Sənə təşəkkür yox eee, bütün günü sənə qargışcı olublar dogrusunu bilmək istəyirsənsə .....
Paşa Yaqub,  insan gərək Allahı unutmaya , əlini vicdanına qoya, düz danışa . Kişiyəm deyənə yalan danışmaq yaraşmaz . Ayıbdır ayıb . 
Bir də mən səndən şikayət edəndən sonra , bir iki şəxs tapıb həmin  insanları danışdırıb özünə qarşı təriflər yağdırtmısan  Yutubda ...
A kişi, sən hələ bir get o , tərif yağdırtdıgın insanlara özün dəqiq qulaq as , diqqətlə dinlə gör danışırlar, yalanları bari dogru düzgün yalan danışa bilməyiblər . Onların yalan danışdığını belə sənə sübut edərəm əgər istəsən ? 
Bəsdir artıq yetər . Az insanlarımızın qüruruyla oyna . Öz millətinə yalan danışıb , özün özünü gözdən salma . Əlini vicdanına qoy, Allahını unutma .... Ən azından axirəti düşün .
Mən bir daha Səhiyyə Nazirliyinə səslənirəm ? 
Sizdən xahiş və tələb edirəm Paşa Yaqub deyilən şəxsi yaxından araşdırın . Onun kimliyini hansı peşənin sahibi olduğunu araşdırın . Belə şəxslər adlarını " Həkim " qoyub   insanları Maddi mənəvi ziyana salır , insanların sağlamlığına daha da zərbə vurur . Elmli, bilikli həkimlərimizə qarşı qara ləkədi bunların özlərinə həkim demələri ! 
İnanıram ki, Səhiyyə Nazirliyi bu şəxs haqqında araşdırma aparıb ictimaiyyətimizə bir aclqlama verəcəkdir .

                 Hörmətlə : Elnur Quliyev "
 Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Tarix: 6-02-2021, 15:34 Oxunub: 2 523


Bölməyə aid digər xəbərlər