13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
"ƏFSANƏVİ HƏKİM " PAŞA YAQUBUN FIRILDAQÇILIĞI..... başlığı ilə dərc olunan yazıya Paşa Yaqubdan açıqlama....

18.01.2021- Cİ İL tarixdə saytımızda yayımlanan "ƏFSANƏVİ HƏKİM " PAŞA YAQUBUN FIRILDAQÇILIĞI..... başlığı ilə dərc olunan yazıya həmin məqalədə adı çəkilən psixoterapevt Paşa Yaqub açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:

"18 yanvar tarixdə Elnur Quliyevin adından gedən yazıda mənim işgüzar nüfuzuma xələl gətirən məqamlara yol verilib.
http://atia.az/cemiyyet/2704-fsanv-hkm-raa-yaqubun-frldaql.html Onun yazdıqları tamamilə şər-böhtandır. 
Elnur və həyat yoldaşı üç il qabaq mənim qəbulumda olublar. Üç dəfə  seans etmişəm. Nəticədə boğazındakı zob 70  faizdən çox azalıb. Bunu Qazax və Ağstafa polikilinikasında edilən  UZİ müainələri də təsdiq  edir. Qazax rayon həkimləri öz aparatlarına inanmamışdılar ki, bəlkə səhv göstərir. Çünki bir ay ərzində zobun heç bir dərman işlətmədən 70 faizədək  azalmasına inana bilməmişdilər. Bu səbəbdən müayinə üçün Elnurun həyat yoldaşını   Ağstafa rayon poliklinikasına göndərmişdilər. Orada da eyni nəticəni göstərəndə Elnur həkimlərə  demişdi ki, UZİ xarab olmayıb, səhiyyə sistemi xarab olub. 
 
  Həmin vaxt Elnur həmin UZİ cavabarını moderator.az saytına göndərib «UZİ xarab olub, yoxsa səhiyyə sistemi?» başlıqlı məqalə yazmışdı. Məqalədə mənim müalicə metodumu ağız dolusu tərifləyib, mənə təşəkkürünü bildirmişdi. Bax: aşağıdakı linkə:https://moderator.az/news/211487.html Məqalədə onu da qeyd etmişdi ki, qalan 30 faiz şişi də əritmək üçün Paşa doktorun qəbuluna gələcəm. 
Lakin, aradan üç ildən çox vaxt keçməsinə baxmayaraq, Elnur həyat yoldaşını seansa gətirmədi. Təbii ki, bu müddətdə şiş artmalıydı… 
 
Aradan üç ildən çox vaxt keçəndən sonra indi kiminsə öyrətməsiylə mənə şər-böhtan atmağa, işgüzar  nüfuzuma xələl gətrməyə çalışır…
 Xahiş edirəm mənim mövqeyimi və Elnurun moderator.az saytında dərc olunan məqaləsini, oradakı UZİ müainələrinin cavablarını saytınızda dərc edəsiniz (Elnurun həmin məqaləsi elə özünə cavabdır). 
Hörmətlə: Dr. Paşa Yaqub — psixoterapevt" 


Tarix: 3-02-2021, 14:28 Oxunub: 750


Bölməyə aid digər xəbərlər