Ağstafa rayonunun Ceyrançöl ərazisində hərbi sursatın partlaması nəticəsində ölən və yaralanan var

Ağstafa rayonunun Ceyrançöl ərazisində hərbi sursatın partlaması nəticəsində bir nəfər ölüb, digər şəxs isə xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, hadisə noyabrın 15-də baş verib. Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov və Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Sahib İzbor oğlu Əmrahov partlamamış hərbi sursata müdaxilə ediblər. Nəticədə partlayış baş verib.

Hadisə zamanı Rəsul İbrahimov aldığı xəsarətlərdən həyatını itirib. Sahib Əmrahov isə xəsarət alıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, şübhəli əşyalara toxunmamağa və partlayıcı sursatlara müdaxilə etməməyə çağırıb.


Oxu. Az


Tarix: Bu gün, 03:23 Oxunub: 28


Bölməyə aid digər xəbərlər