21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Uğurların bol olsun Rəsul bala!

     Dünən 09.03.2023 tarixində İctimai televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya verlişinin bu mövsümdəki qalibi,  Qazax rayon Daş Salahlı kənd  Araz Əmilov adına 1 saylı tam orta məktəbin  10A sinif şagirdi,  "Çempionumuz"  Məmmədov Rəsul Mahmud oğlunun sevincinə şərik olmağı özümə borc bilərək təbrikə getdim.

     Rəsul Məmmədov ilə  yarışmanın necə keçdiyi,  onun üçün yarışın çətin və ya həyacanlı olub-olmaması haqqında bir az həmsöhbət olduq. Rəsul  ilk final yarışında finala çıxmaq üçün bir az həyacanlı olduğunu və daha sonra birincilik uğrunda finalda qalib gəlib "Çempion" adını qazanmaq üçün daha da həyacanının artığını qeyd etdi.  Yarışmanın həyacanını yaşayan Rəsul Məmmədov Çempion olduqda isə artıq həyacanın olmadığını və sevincinin daha yüksək olduğunu bildirdi.
 ("Hamı bir ağızdan, Rəsul, Rəsul, Rəsul deyə qışqırırdı")

     Nəzərinizə çatdırım ki, bu, Rəsulun ilk uğuru deyil. O, əvvəllər Qazaxda keçirilən müxtəlif intellektual yarışlarda yüksək nəticələr əldə edib. Bu yarışmada isə bütün ölkə üzrə qalib olub, “Əlaçının əlaçısı” adını qazanıb. 

  Rəsul Məmmədov "Əlaçı" "Çempion" adını qazandıqdan sonra isə onu kimlər təbrik edib deyə sual ünvanladım. 

    Qeyd etdi ki, "Çempion"luğu qazandığım andan etibarən bu günə qədər bir çox təbrik mesajları aldım. İlk başda doğmalarım, dostlarım təbrik etdi. Daha sonra yaşadığım və təhsil aldığım Qazax rayon Daş Salahlı kənd Şəhid Araz Əmilov adına 1 saylı tam orta məktəbin rəhbərliyi tərəfindən "FƏXRİ FƏRMAN"  ilə təltif olunaraq mənə əziz olan müəllimlərim tərəfindən təbrik olundum.  Bundan əlavə sosial şəbəkələrdə bir çox qruplarda mənim haqqımda "Təbrik" mesajları gördüm. Bunların arasında Qazax-Tovuz Regional Təhsil İdarəsi "Facebook"  sosial şəbəkəsində mənim haqqımda paylaşım edib təbrik etdi. Eləcə də "ŞƏRQ" qəzeti müsahibə alıb ilk təbrik edənlər sırasında oldu. Sevincimə şərik olub, olmayan hər kəsə təşəkkür edirəm. 

Əlavə olaraq onuda qeyd edim ki,  09.03.2023 tarixində gələn zəng onun sevincinə daha da sevinc qatıb. Belə ki,  Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor,  "Əməkdar müəllim" İlham Pirməmmədov zəng edərək Rəsul Məmmədovu ürəkdən təbrik edib ona uğurlar diləyərək onunla yaxın vaxtlarda  görüşəcəyini qeyd edib. 

   Rəsul Məmmədov "Çempion" olduğu gün sözün doğrusu öz yaxın doğmaları qədər mənim də sevincimin həddi-hüdudu yox idi.  Sevincimdən gözlərim yaşardı desəm bəlkə də inanmazsınız. Rəsul balanı öz doğma övladlarımdan ayırmıram. Nə qədər simsar,  nə qədər yaxın olsa da, ona görə ayırmıram ki, Rəsulun atası rəhmətlik Mahmud kəndim Daş Salahlıda ən xətrini istədiyim hörmətli oğullardan biri idi. (Həmdə bacanağım idi.) Çox təəssüf hissi ilə qeyd edirəm ki, Mahmud aramızdan tez ayrıldı. Kaş ayrılmayaydı. Kaş bu gözəl sevinci birgə qeyd edə biləydik. Kaşşş... Ruhun şad olsun əziz qardaşım...

   Əzizim Rəsul bala, inanıram ki, irəlidə arzuladığın bütün nailiyyətləri əldə edib istədiyin arzulara çatacaqsan, buna əminəm.  Çünki sən ağıllı, mədəni və mərifətli olmaqla yanaşı, həmdə ki, çox çalışqansan. Allah yardımçın olsun! Çempion olmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirəm. Əzizlərinin, doğmalarının gözü aydın olsun deyirəm! Sənin sevincinə şərik olan və olmayan hər kəsə öz təşəkkürümü bildirirəm.
 Öpürəm səni, bağrıma basıram! Gələcək həyatında yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.  Uğurlar Rəsul bala!


Elnur Quliyev,
 Qazax sakini


Tarix: 10-03-2023, 15:44 Oxunub: 1 198


Bölməyə aid digər xəbərlər