Bir müddət öncə Dövlət İmtahan Mərkəzi tərəfindən 9 və 11-ci siniflər üçün buraxılış imtahanlarının müvafiq olaraq aprel-mart aylarında keçiriləcəyi ilə bağlı açıqlanan xəbərlər birmənalı qarşılanmadı. Belə ki, həm valideynlər, həm şagirdlər, həm də müəllimlər tədris proqramının tam mənimsənilmədiyini əsas gətirərək imtahanların vaxtının qabağa çəkilməsindən narahatlıqlarını ifadə etdilər. Doğrudur məsələ ilə bağlı bir çox təhsil ekspertləri, eləcə də aidiyyatı qurumlar açıqlama verərək imtahanlarda yalnız mart-aprel aylarına qədər tədris olunan materiallardan istifadə ediləcəyini bildirsələr də, bu qaneedici olmadı. Məhz bu narahatlıqlardan dolayı müəllimlər Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə məktub ünvanlayıblar.
Məktubun mətnini olduğu kimi təqdim edirik:
Dövlət İmtahan Mərkəzinin sədri, çox hörmətli Məleykə xanım Abbaszadə!
DİM-in sosial şəbəkələrdə – daha dəqiq desək, rəsmi Facebook səhifəsində etdiyi son açıqlama, yəni 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının mart, 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının isə aprel ayında keçirilməsi həm valideynlər, həm müəllimlər, həm də şagirdlər arasında heç də birmənalı qarşılanmadı. Bu səbəblərdən çıxış edərək bildirmək istəyirik ki, verilən qərar düzgün deyil və ictimaiyyət tərəfindən kəskin etirazlara səbəb olub. Əvvəlcə həmin şərhi tədqim edir, sonra isə etiraza səbəb olan amillərin bir neçəsini diqqətinizə çatdırmaq istəyirik:
“Öz kütləvi xaraketeri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. Tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər. Cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb”.
Bu açıqlama ilə bağlı bir neçə çatışmayan məqamı qeyd edirik:
1. DİM müstəqil qurum olmasına baxmayaraq, orta məktəblərdə keçirilən imtahanlarda Təhsil Nazirliyinin tədris planlarına uyğun şəkildə hərəkət etməlidir. Çünki keçirilən imtahanın adı “Buraxılış imtahanı” dır. Buraxılış imtahanı isə şagirdin 11 il və 9 il ərzində öyrəndikləri bilik və bacarıqların yoxlanılması yönündə təşkil olunmalıdır. Əgər şagird məktəb kursunu tam şəkildə bitirməyibsə, heç bir qurum şagirddən bu imtahanı götürə bilməz. Bu heç bir qanunla təsbit olunmayıb.
2. DİM-in qəbul imtahanının 1-ci mərhələsi üçün keçirdiyi imtahan məktəb şagirdlərinə aiddir. Məktəb proqramında isə hər dərs ilinin sonunda bütün fənlər üzrə təkrar saatlara vaxt ayrılır ki, həmin saatlarda şagirdlər il boyu mənimsədiklərini daha da möhkəmlətsinlər. Əgər dərs ilinin başa çatmasına üç ay yarım qalmış belə bir imtahan keçirilirsə, bu zaman şagirdlərin hüquqları tapdalanır. Çünki onlar proqramı təkrar etmədən birbaşa imtahana daxil olurlar. Bu isə olduqca mühim faktordur.
3. DİM bu cür imtahanları ilin istənilən vaxtı əvvəlki illərin məzunları ilə keçirə bilər, qalan şagirdlər bu imtahana onlar üçün uyğun olmayan vaxtda cəlb edilməməlidirlər.
4. Son dövrlərdə baş verən hadisələr, xəstəliklərin artması, pandemiyanın tüğyan etməsi, onsuz da gərgin olan insanların psixoloji vəziyyətini pik həddə çatdırmışdır. Həm müəllimlər, həm şagirdlər güclü stress içərisindədirlər. Mövsümi xəstəliklərin artması şagirdlərin təhsilində fasilələr yaratdığından, sözsüz ki, mənimsəmə də aşağı düşmüşdür. Belə bir vaxtda imtahanların keçirilməsi haqqında verilən bu məlumat yenidən böyük bir tutuma malik olan gənclərin psixoloji cəhətdən yüklənərək gərginləşməsinə səbəb olacaq. Nəticədə isə imtahanda yaxşı nəticə göstərməyən şagirdlər başqa yollara əl ataraq bu stressli vəziyyətdən canlarını qurtarmaq istəyəcəklər. Bu, indiki vəziyyətdə bizə lazım deyil. Ümumiyyətlə, heç bir hal və vəziyyətdə lazım deyil.
5. “Martda imtahanlar keçiriləcək” deyən qurum bu günə qədər proqram materiallarını elan etməyib. Hər il dəyişiklik edilən proqramdan şagirdlərin xəbəri yoxdur. Proqram materialları ən azı 5-6 ay əvvəl dərc olunmalıdır. Proqram , ən yaxşı halda, yanvar ayının ortaları dərc olunacaqsa, imtahan da mart ayının əvvəlinə təsadüf edəcəksə, belə çıxır ki, 11-ci sinif şagirdinə proqram üzrə hazırlaşmağa cəmi 1 ay yarım vaxt verilir. Bu çox böyük bir amil və eyni zamanda da, imtahanların təşkili məsələsində dərin bir boşluqdur.
DİM imtahanların vaxt cədvəlini yuxarıda deyilənləri nəzərə almaqla dəyişdirməli, gələcəyimiz olan gənclərin taleyi ilə, hissləri ilə, onsuz da gərgin olan psixologiyası ilə oynamamalıdır. Yuxarıda qeyd edilən həssas məqamları nəzərə alacağınıza səmimi qəlbdən inanır və sizə etibar edirik. Yekun olaraq, tələb edirik ki, imtahanlar məktəbdə tədris başa çatandan sonra keçirilsin.
İmza :
- Ülviyyə Əliyeva – 161 nömrəli tam orta məktəb
- Aynurə İsmayılova – 37 nömrəli tam orta məktəb
- Gülyaz Əliyeva – 38 nömrəli tam orta məktəb
- Nərmin Rəsulova – Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəb
- Kəmalə Dadaşova – Quba rayon II Nügədi kənd 2 saylı tam orta məktəb
- Zülfinaz Qurbanova – 149 nömrəli Ağdam rayon məktəbi
- Günel Hüseynova – Kaspi Ağ şəhər liseyi
- Emel Talıbova – 147 nömrəli Texniki-humanitar lisey
- Şəfəq Şirəliyeva – Kürdəmir rayon 3 saylı tam orta məktəb
- Səadət İsmayılova – Gəncə şəhəri, təqaüddə olan müəllim
- Kəmalə Hacıyeva – Kəlbəcər rayon 106 nömrəli tam orta məktəb
- Təhminə Əsgərli – S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya
- Ləman Salamzadə – Oğuz rayonu Tayıflı kənd tam orta məktəbi
- İradə Abdulova – 322 saylı tam orta məktəb
- Ceyran Həsənova – S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası
- Ülviyyə Əsədova – Lənkəran şəhər 6 nömrəli məktəb-lisey
- Sənubər Kərimova – Kurs müəllimi (valideyn)
- Günel Məmmədova – Ağdam rayon 139 nömrəli tam orta məktəb
- Bəturə Səməd – Qobustan rayonu 1 saylı tam orta məktəb
- Günel Məmmədova – Nefçala şəhər humanitar təmayüllü “Muğan“
- Şəhla Qurbanova – Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb
- İradə Nəbiyeva – Bakı Slavyan Universitetinin nəzdində olan Lisey kompleksi
- Ülviyyə Nəbiyeva – Quba rayonu, Qaraçay qəsəbə tam orta məktəbi
- Şəfəq Nağıyeva – Xırdalan şəhər 10 saylı tam orta məktəb
- Nərmin Rəsulova – Kəlbəcər rayonu 17 nömrəli orta məktəb
- Aynur Ələkbərova – Kəlbəcər rayonu 36 nömrəli tam orta məktəb
- Ramilə Hüseynzadə – 271 nömrəli tam orta məktəb
- Səmra Mustafayeva – Qax Rayon Marsan kənd tam orta məktəbi
- Azadə Səmədova – Hacıqabul rayonu 3 saylı tam orta məktəb
- Rüfət Qüdrət oğlu – 20 nömrəli tam orta məktəb
- Tamilla Əliyeva – 262 nömrəli tam orta məktəb
- Eyvaz Eyvazlı – Kəlbəcər rayonu 32 nömrəli tam orta məktəb
- İsmayıl Hüseynov – Repetitor, kurs müəllimi
- Elnarə Həsənova – Tovuz rayonu, Əlimərdanlı Kənd orta məktəbi
- Fidan Məmmədova – Masallı rayonu Miyankü kənd məktəbi
- Xuraman Qurbanova – Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəb
- Vəfa İbrahimli – Qəbələ şəhər 4 nömrəli tam orta məktəb
- Dilarə Qazıyeva – Göygöl şəhəri, İ.Hüseynov adına 1 nömrəli tam orta məktəb
- Bayraməli İmanov – Masallı rayonu Miyankü kənd məktəbi
- Sevinc Mustafayeva – Göygöl şəhər 1 nömrəli tam orta məktəb
- Könül Abdullayeva – M.Şeyxzadə adına THT təmayüllü gimnaziya
- Gülü Əliyeva – Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəb
- Sakitə Qulamova – Masallı rayonu E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbi
- Aynur İbrahimova – Quba şəhər Texniki təmayüllü lisey
- Kənan Haşımov – Masallı rayonu Qəriblər kənd tam orta məktəbi
- Aybəniz Zeynalova – Ağdam rayon məktəbi
- Namiq Allahverdiyev – Qəbələ rayon Daşca kənd tam orta məktəbi
- Şölə Məmmədova – Masallı rayonu 3 saylı tam orta məktəb
- Samirə Əlizadə – Bakı şəhəri, Hədəf kursları
- Nuriyyə Quliyeva – 2 nömrəli Texniki-Humanitar lisey
- Səbuhi Abdullayev – Ağdaş rayonu Ləki qəsəbə 6 saylı tam orta məktəb
- Şəhla Abbasova – Bakı şəhər 144 nömrəli tam orta məktəb
- Günel Əliyeva – Elşad Ağayev adına Hişkədərə məktəbi. Fizika müəllimi və valideyn
- İlhamə Abdurahmanova – Sabunçu rayonu 80 nömrəli tam orta məktəb
- Məlahət Məmmədova – Lənkəran rayonu C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi
- Könül Əhmədova – Xətai rayon 245 nömrəli tam orta məktəb
- Murad Mehdiyev – Salyan rayonu Yenikənd tam orta məktəbi
- Xəqani Şirməmmədov – Mübariz İbrahimov adına Biləsuvar liseyi
- Fəridə Dostuyeva – Mehrab Niftəliyev adına Quba şəhər Texniki Təmayüllü lisey
- İlhamə Allahverdiyeva – Cəbrayıl rayonu Əmirvarlı tam orta məktəb
- Anar İbadov – Lerik rayonu Şonayçola kənd ümumi orta məktəbi
- Əsmər Mirzəyeva – Quba rayonu 1-ci Nügədi 1 nömrəli tam orta məktəb
- Xəyalə Əhmədova – 328 nömrəli tam orta məktəb
- Sürəyya Allahverdiyeva – Təqaüddə olan müəllim, eyni zamanda, valideyn
- Zümrüd Məmmədzadə – Quba şəhər H.Əliyev aadın 1 saylı tam orta məktəb
- Nazilə Məmmədova – 89 nömrəli tam orta məktəb
- Mələk Səmədli – 161 nömrəli tam orta məktəb
- Aysel Vəliyeva – Xəzər rayon 218 nömrəli tam orta məktəb
- İlahə Mirzəyeva – 253 nömrəli tam orta məktəb
- Vüsalə Mikayılova – Balakən rayonu Acılıqbinə kənd ümumi orta məktəbi
- Elnarə İbrahimova – Elitar gimnaziya
- Bəhruz Davudov – Şəki rayonu, Kiş kəndi 4 nömrəli məktəb
- Arzu Çobanova – Sumqayıt şəhəri 17 nömrəli tam orta məktəb
- Eşqin Abdullayev – 331 nömrəli tam orta məktəb
- Könül Hüseynova – Mingəçevir şəhər 1 nömrəli tam orta məktəb
- Könül Aydın – Mingəçevir şəhəri 19 nömrəli tam orta məktəb
- Gülnar Həsənova – Repetitor, kurs müəllimi
- Əsədova Məhluqə – 46 nömrəli Laçın məktəbi
- Alıyeva Aləmzar – 46 nömrəli Laçın məktəbi
- Kəmalə Dadaşova – II Nügedi kənd 2 saylı tam orta məktəb
- Südabə İsmayılova – 49 saylı İntellekt məktəb-lisey
- Günel Atakişiyeva – II Nügedi kənd 3 nömrəli orta məktəb dərs hissə müdiri
- Sitarə Kazımova – Mirzəqışlaq kənd tam orta məktəbi
- Əsədova Ülviyyə – Lənkəran şəhər 6 saylı məktəb
- Rzayevə Çiçək – Lənkəran şəhər 6 saylı məktəb
- Hüseynova Yasəmən – Lənkəran şəhər 6 saylı məktəb
- Bağırova Sevda – Lənkəran şəhər 6 saylı məktəb
- Abasova Gülarə – Lənkəran şəhər 6 saylı məktəb
- Məmmədova Aynur – Lənkəran şəhər 6 saylı məktəb
- Şərifova Xədicə – Lənkəran şəhər 6 saylı məktəb
- Məmmədov Cabir – Lənkəran şəhər 6 saylı məktəb
- Cəlilova Arzu – Lənkəran şəhər 6 saylı məktəb
- Axundova Samirə – Lənkəran şəhəri 3 nömrəli tam orta məktəb
- Abdullayevə Təranə – Lənkəran şəhər 6 saylı məktəb
- Sevda Qurbanova – Pirvahid kənd tam orta məktəbi
- Şəhla Soltanova – Tusi hazırlıq mərkəzi
- Namiq Ağayev – 326 nömrəli tam orta məktəb
- Əfsanə Qasımova – Şəmkir şəhəri, Ə.Cavad adına tam orta məktəb
- Surac Bəşirov – Ağdam 15 nömrəli orta məktəb
- Paşa İsmayılov – 72 nömrəli məktəb-lisey
- Nübar Əlimuradova– Quba şəhəri, Hacıbaba Əliyeva adına 1 nömrəli tam orta məktəb
- Afaq Yusifli– Gəncə Dövlət Universiteti
- Seyfəddin Əhmədov – Xocalı şəhər 3 nömrəli tam orta məktəb
- Nabat Həsənova – Sumqayıt Dünya məktəbi
- Musayeva Şəbnəm – Repetitor
- Sərvər Sərvərov – Ağdam şəhəri, I Sarıcalı tam orta məktəb
- Allahverdiyeva Aygün – Şuşa rayon 8 nömrəli məktəb
- Kərimova Vüsalə – Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb
- Tağıyeva Xuraman – Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəb
- Allahverdiyeva Könül – 271 nömrəli tam orta məktəb
- Vəliyev Rəşad – 161 nömrəli tam orta məktəb
- Şamxallı Lalə – 161 nömrəli tam orta məktəb
- Abdullayeva Züleyxa – 161 nömrəli tam orta məktəb
- Rzazadə Nuranə – 161 nömrəli tam orta məktəb
- Sadiqova Nərgiz Əlimövsum qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
- Ömərova Raidə Mərdan qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
- Səfərova Kəmalə Möhübbət qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb
- Əhmədova Lütfiyyə Nəsrəddin qızı – 13 nömrəli məktəb
- Məmmədova Şəfəq – Biləsuvar rayonu Xırmandalı kənd 1 saylı orta məktəb
- Xəyal Novruzov – Laçın rayonu Nurəddin kənd tam orta məktəbi
- Nabat Abdullayeva – 169 saylı məktəb
- İbişli İlkin – Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəb saylı tam orta məktəb
- Əsgərova Esmira Ziyad qızı – Göygöl şəhəri 5 saylı tam orta məktəb
- Günel Zamanlı – Sumqayıt şəhəri 31 saylı tam orta məktəb
- Əfqan Hüseynov – Beyləqan rayonu Qaradağlış kənd tam orta məktəb
- Sürəyya – Zaqatala rayonu R.Şabanova adına Aşağı Tala kənd 3 nömrəli məktəb
- Quliyeva Səadət – Cəlilabad şəhər 8 nömrəli məktəb
- Murtuzlu Günay – Cəlilabad şəhər 8 nömrəli məktəb
- Ağayeva Şəhla – Cəlilabad şəhər 1 nömrəli məktəb
- İbrahimova Vəsilə – 158 nömrəli məktəb
- Vüsalə Muxtarqızı – Azəri hazırlıq kursu
- Kamil Bəşirov – Zərdab rayonu Məlikli kənd tam orta məktəb
- Allahverdiya Rəşidə Beyləqan rayonu Ə. Rüstəmov adına 1-ci Şahsevən kənd 2 nömrəli tam orta məktəb
- Ələsgərova Ülviyyə – 257 nömrəli tam orta məktəb
- Hacıyeva Sevinc – Nərimanov rayonu 212 nömrəli məktəb
- Babayeva Çinarə – 9 nömrəli internat məktəbi
- Məmmədova Rəsmiyyə – Xətai rayonu 221 nömrəli məktəb
- Kazımlı Zöhrə – 179 saylı tam orta məktəb
- Novruzov Rahil – Kəlbəcər rayonu 37 saylı tam orta məktəb
- Şahbazova Könül Nurəddin qızı – Gənc İstedadlar liseyi
- Hüseynova Yaqut Hacıbala qızı – Gənc İstedadlar liseyi
- Tağıyevə Aynur – Valideyn
- Məmmədova Xəyalə – Valideyn
- Əkbərov Teymur – Valideyn
- Abışova Aynur –Valideyn
- Əliyev Azər – Valideyn
- Məcnunova Məlahət – Valideyn
- Məmmədova Svetlana – Valideyn
- Sultanova İlahə – Valideyn
- Ağasıyev Rəşid – Valideyn
- Abidova Gülnur – Valdeyn
- Əliyev Barat – Valideyn
- Fərzullayeva Gülər – Valideyn
- İsgəndərov Səbuhi – Valideyn
- İsayeva Cəmilə – Valideyn
- Əkbərov Elman – Valideyn
- Niftəliyeva Gülmirə – Valideyn
- İbiyeva Aynurə – Valideyn
- İbiyev Kamran – Valideyn
- İsmayılova Zeynəb – Valideyn
- Məmişov Natiq – Valideyn
- Məmişova Aynurə – Valideyn
- Gəncəliyeva Elnarə – Valideyn
- Vəliyev Həsən – Valideyn
- Vəliyeva Çinarə – Valideyn
- Seyidəliyeva Fəridə – Valideyn
- İldırımova Xəyalə – Valideyn
- Rəfiyeva Gülnar – Valideyn
- Əlihüseynova Aynurə – Valideyn
- Hüseynova Kəmalə – Valideyn
- Orucova Fəxriyyə – Valideyn
- İldırımov Vüqar – Valideyn
- İsmayılova Esmira – Valideyn
- Zamanova Tərlan – Valideyn
- Hüseynova Vəfa – Valideyn
- Niftəliyeva İman qızı – Valideyn
- Arzu Hacıyeva – Valideyn
- Flora Əliyeva – Valideyn
- Abdullayeva Raminə Alik qızı – Valideyn
- Mirzəyeva Xatirə Qərib qızı – Valideyn
- Rzayava Mafirət Cəmaləddin qızı – Valideyn
- Həbibova Aynur Nüsrəddin qızı – Valideyn
- Mirzəyeva Süsən Qarabala qızı – Valideyn
- Nəsirov Ümid Elşən oğlu – Valideyn
- Şirinova Vüsalə Ömərpaşa – Valideyn
- Səfərova Simusər Məmməgəli qızı – Valideyn
- Hacıbabayev Mahir Məmmədəli oğlu – Valideyn
- Talıbova Xatirə Məmmədşah – Valideyn
- Elmir Şirinov – Valideyn
- İlham Şərifov – Valideyn
- Xəlilov Firudin – Valideyn
- Xəlilova Pərvanə – Valideyn
- Balayeva Natəvan – Valideyn
- Məmmədova Kifayət – Valideyn
- Qurbanov Asif – Valideyn
- Əlihüseynov İlham – Valideyn
- Seyidquliyev Namiq – Valideyn
- Seyidquliyeva İlhamə – Valideyn
- Qurbanova Könül – Valideyn
- Qurbanov Samir – Valideyn
- Eyyubov Azər – Valideyn
- Şəyəldiyev Qənahət – Valideyn
- Rəfiyeva Gülnar – Valideyn
- İsgəndərov Siruz – Valideyn
- Qurbanova Yeganə – Valideyn
- İsgəndərova Zəminə – Valideyn
- Allahverdiyeva Vüsalə – Valideyn
- İftixar Hüseynzadə – Masallı rayonu,Türkoba kəndi. Valideyn
- Şirinova Aynurə – Valideyn
- Şərifova Xəyalə – Valideyn
- Cəfərov Şahin – Valideyn
- Cəfərova Nuranə – Valideyn
KONKRET.az
Bölməyə aid digər xəbərlər