Bu gün oxucularımıza Qol güləşi idman növü ilə məşğul olan bir gənc idmançımız haqqında söhbət açmaq istəyirik.
Əvvəlcə qısaca Qol güləşi idman növü haqqında:
Qol güləşi – iki idmançının dirsəklərini masa üzərində sabitləyərək qarşı tərəfin qolunu masaya yıxmağa çalışdığı güc və texnika idman növüdür.
Əsası bir neçə əsr əvvəl dənizçilər və pablar arasında qoyulub, rəsmi idman növü kimi isə 20-ci əsrin ikinci yarısında formalaşıb.
Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) 2009-cu ildə təsis olunub. Hal-hazırda Azərbaycan Qol Güləşi Federasiyası Dünya və Avropa Armrestlinq Federasiyalarının tam hüquqlu üzvüdür.
İndi isə keçid alaq bu idman növü ilə məşğul olan gənc idmançımız Qasımzadə Xəyal haqqında:
Qasımzadə Xəyal Hüseyn oğlu 1999-cu ildə Qazax rayonunun Kosalar kəndində anadan olub. 2006-cı ildən 9-cu sinfi bitirənədək distant təhsil alıb. 2017-ci ildə orta məktəbi bitirib. 2019-cu ildə Qazax Dövlət Sosial İqtisadi kollecinin “Bank işi” ixtisasına qəbul olub, 2021-ci ildə həmin kolleci bitirib. Elə həmin il Azərbaycan Dövlət Aqrar Universitetinin mühasibatlıq fakültəsinə qəbul olub. Hazırda həmin universitetin 2-ci kursunda qiyabi təhsil alır.
14 yaşından “Qol güləşi” idman növü ilə məşğul olur. Onun ilk məşqçisi Respublikanın əməkdar məşqçisi Azər Əliyev olub.
2017-ci ildən qol güləşi yarışlarına qatılmış, dəfələrlə rayon və zona yarışlarının mükafatçısı olub.
6 Qat Azərbaycan Çempionu olan idmançımız 2025 ci ilde Bakida kecirilən Dunya birinciliyində sol qolda 1-ci yerin və sağ qolda 3-cü yerin sahibi olub.
ATİA.AZ saytının kollektivi adından gənc idmançımıza idamanda və təhsildə daha böyük uğurlar arzu edirik.
Elfaq Əliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər















