16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Şair Rəfayıl Qurbanoğlu ilə Elfaq Rayətoğlunun deyişməsi

          Hər yerdə analar oğlan, qız doğur,
       Qazaxda analar şair doğurlar!
 

      Əliağa Şıxlinskini, Səməd Vurğunu dünyaya bəxş edən  Qazax elində  Rafayıl Əhmədov  kimi  bir mükəmməl şəxsiyyət, dəyərli şair, “haqq aşığı” doğulub, boya-başa çatmışdır. 

Rafayıl Qurban oğlu Əhmədov  - 1960-cı ildə Qazax rayonunun  Çaylı kəndində anadan olub. Sosial şəbəkələrdə bir sıra tarixi yazıları və gözəl şeirləri ilə sevilən şairimiz barədə çox yazılıb, izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Bu gün biz gözəl şairimizin  eloğlumuz Əliyev Elfaq Rayət oğluna ünvanladığı bir şeiri və həmin şeirə yazılan cavabı oxucularımıza təqdim etmək istəyirik.

  Əliyev Elfaq Rayət oğlu 1989-cu ildə Qazax rayonunun Kosalar kəndində anadan olub. Orta ixtisas təhsillidir. Daxili Qosunlarda N sayli hərbi hissədə kəşfiyyat qrup rəhbəri vəzifəsində çalışmış, hal-hazırda Futbol üzrə uşaqlar komandasında məşqçi isləyir, eyni zamanda Azərbaycan respublikasının Dövlət Neft şirkətinin Qaz İxrac İdarəsinin əməkdaşıdır.  Boş vaxtlarında  idmanla məşğul olur, poeziyaya böyük maraq göstərir.  Nəzərinizə çatdiraq ki, Elfaq Rayətoğlu  oxuculara   “Rayət Əli” imzası ilə tanış olan, təhsili, idmanı və poeziyanı özündə birləşdirən Rayət Səhlədər oğlu Əliyevin oğludur. Danılmaz faktdır ki, tanınmış şair Rafayıl Qurbanoğluya yazılan cavabda da məhz Rayət müəllimin əməyi olmuşdur. 


Şair Rəfayıl Qurbanoğlu ilə Elfaq Rayətoğlunun deyişməsini təqdim edirik:


     Rafayıl Qurbanoğlu:


Ağrın alem suyu şirin gəlirsən,

Danışanda gözlərindən gülürsən,

Saz sinəndə səndəmi kövrəlirsən,

Atam-anam, sən də Qazaxlısanmı?


     Elfaq Rayətoğlu:


Bax bu yurdda gözlərimi açmışam,

Dilboz atla çox zirvələr aşmışam,

Nə haqqım var yalan deyəm, danışam,

Oğulları dəli-qanlı, haraylı,

Ağrın alem, Qazaxlıyam, Qazaxlı.


      Rafayıl Qurbanoğlu:


Söz salırsan, el-obanı öyürsən,

Açılan güllərə nəğmə deyirsən,

Görürəm xəngəli əlnən yeyirsən,

Atam-anam, sən də Qazaxlısanmı?


     Elfaq Rayətoğlu:


Vurğun sözün, şeiriyyatın zər-xalı,

Ədalətin qara sazı havalı,

Kərəmisi, ruhanisi, gəraylı,

Bax burdadır sazın-sözün sanbalı,

Ağrın alem, Qazaxlıyam, Qazaxlı.


    Rafayıl Qurbanoğlu:


Nə şirin danışdın, bal ləhçəlisən,

Sən ya Kosalardan, ya İncəlisən,

Soruşur Rəfayıl, de həncərisən,

Atam-anam, sən də Qazaxlısanmı?


     Elfaq Rayətoğlu:


Vallah inan, harda görsən qəhrəman,

Düz ilqarlı, şirin dilli, mehriban,

Hüseyn Arif söyləmişdir o zaman,

Elə billəm Qazaxlıdır, Qazaxlı,

Ağrın alem, Qazaxlıyam, Qazaxlı.


Son söz oxucularımızındır.

Biz də ATİA.AZ saytının kollektivi adından gözəl şairimiz Rafayıl Qurbanoğlu və istedadlı gənc Elfaq Rayət oğlu Əliyevə uzun ömür, can sağlığı və yeni-yeni uğurlar arzu edirik.


Tarix: 4-02-2026, 09:32 Oxunub: 480


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031