Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub.
Doqquzuncu sinifdə məktəbi yarımçıq qoyub və Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb.
Daha sonra Bakı Təbabət Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olub, sonra işini Rus Dram Teatrında eyni vəzifəyə dəyişib. Bu dövrdə onda poeziyaya güclü maraq oyanıb. 1947-ci ildə Səməd Vurğunun dəvəti ilə gənc yazıçıların I Respublika müşavirəsində iştirakı isə onun bütün həyatını dəyişib.
Səməd Vurğunun köməkliyi ilə Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olan şairi M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərsələr də, bir il sonra geri qayıdır. ADU-da təhsilini davam etdirir. M.Qorki adına Ədəbiyyat İnstitutunu yarımçıq qoymasının da maraqlı tarixçəsi var. Şair rəsmi olaraq Moskvanın havasına alışmadığını, səhhətinin Moskvada yaşamağa imkan vermədiyini desə də, həyat yoldaşı xatirələrində yazır ki, şair Moskvadakı təhsilindən məhz ona görə imtina edib:
"Əliağanın anası ölənədək deyirdi ki, oğlum, sənə görə Moskvada təhsilini yarımçıq qoydu. Bu sözləri acıqla, ya incikliklə yox, nəvazişlə deyirdi: "Əliağa nigaran idi ki, o gələnədək səni kiməsə verərlər, ona görə qayıdıb gəldi”.
Həyat yoldaşı Şəhla Kürçaylı (məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı) xatirələrində Əliağa Kürçaylının doğum tarixi ilə bağlı maraqlı bir faktı qeyd edir: "Əvvəla, hər ikimizin təvəllüd tariximiz sənədlərdə düzgün qeyd olunmayıb. Özündən eşitmişdim ki, əslində o, 1926-cı ilin 20 fevralında dünyaya gəlib. Ancaq atası Həsənağa oğlunun doğum ilini 1928-ci ilə yazdırıb. Mənim təvəllüdüm isə 1930-cu il əvəzinə atam xanəndə Cabbar Qaryağdıoğlunun istəyi ilə iki il qabağa yazılıb. Beləcə, onunla - həyat yoldaşım şair Əliağa Kürçaylı ilə yaşıd olmuşduq".
O dövr Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərir: "Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.
Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: "Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım, ya şeir oxuyum?
- Şeir oxu, natiqimiz onsuz da az deyil.
13:58 / 21-11-2024
Azərbaycanda alimentin məbləği artırılır
13:51 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
11:24 / 21-11-2024
COP29-da ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib
11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:14 / 21-11-2024
Azərbaycanlı qadın Türkiyədə güllələndi - FOTO
11:08 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı yeni qərar
11:04 / 21-11-2024
Əli Əsədov bu qaydaya dəyişiklik etdi
10:59 / 21-11-2024
Bu avtobusların fəaliyyəti bərpa edilir - 46 marşrut
10:50 / 21-11-2024
“Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq” – BMT rəsmisi
10:00 / 21-11-2024
"Ənənələri olan Partiya" - Anar Nəbiyev
09:55 / 21-11-2024
"Şanlı tariximizin parlaq səhifələri yazılır" - Sevda Məmmədova
09:49 / 21-11-2024
"Sarsılmaz birliyimiz" - Səməd Orucov
15:30 / 20-11-2024
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi
13:22 / 20-11-2024
Çempionlar Liqasının oyununu azərbaycanlı hakim idarə edəcək
12:00 / 20-11-2024
Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır
11:58 / 20-11-2024
Bəzi müəssisələrə ödənilən ƏDV-nin 50 faizi geri qaytarıla bilər
11:56 / 20-11-2024
Əfsanəvi pop qrupunun iki üzvü bir həftə içində öldü
11:53 / 20-11-2024
İcra başçısı vətəndaş qəbulu keçirdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
11:50 / 20-11-2024
Bu şəxslərin gəlirlərinin 75%-i vergidən azad olunur
09:31 / 20-11-2024
Yeni dələduzluq növü – Saxta dəvətnamələr...
07:53 / 20-11-2024
Qarakənd faciəsindən 33 il ötür
18:58 / 19-11-2024
Məhkəmədən müəllimlərin sertifikasiyası ilə bağlı mühüm qərar
18:57 / 19-11-2024
Paşinyan onları vatsap mesajı ilə işdən çıxarıbmış
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
18:55 / 19-11-2024
Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək
18:53 / 19-11-2024
Saxta cərrahlardan danışan jurnalistin səhifəsi bloklandı
18:40 / 19-11-2024
“İrşad”da ilin ən böyük endirimləri! - Yaşıl cümə kampaniyası başladı!
18:39 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
16:42 / 19-11-2024
Azərbaycan inam və qətiyyət nümayiş etdirir - Nizami Hüseynov
11:56 / 19-11-2024
"Xalqımızın əzmkarlığının, milli qürurunun simvolu" - Nizami Zeynalov
Sevgilisinə görə universiteti atdı, qızı ona görə özünü öldürdü - Əliağa Kürçaylı haqqında İNANILMAZ FAKTLAR
Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səməd Vurğun - "Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir.
Kulis.az
Bölməyə aid digər xəbərlər
"İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:
Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər deşən zaman
Xatirə dəftərimin arasına sərdiyim...
Səməd Vurğun - "Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir.
Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir.
Şair ailə qurandan sonra ağır günləri çox olub. İki uşaqları olub. Birinci oğlu Ülfət, ikinci qızı Ülkər dünyaya gəlib. Kirayədə yaşayan ailə bir müddət maddi çətinliklərlə üzləşiblər.
Xalq rəssamı Mikayıl Abdullayev Nəsiminin portretini Əliağa Kürçaylıya baxıb çəkib.
Mollalarla arası yox imiş. Yolda izdə molla ilə rast gəlsə, məzələnərdi. Bir dəfə molla ilə rast gəlir, öskürür, mollanın yadına salır ki, azan vaxtıdır,
Şair bir il müddətində "Yazıçı” nəşriyyatına rəhbərlik edib. Hamını çap etmirdi. Buna görə çox vaxt əsəb, gərginlik yaşayırdı. Bir gün dostu Tofiq Bayram otağına gəlib. Stolunun üstünə bir balaca kitab qoyub ki, qol çək, çap olunsun. Əliağa şeirlərə göz atıb, baxıb çox zəifdir. Deyib, Tofiq bu kitabdan çaxır iyi gəlir.
Əliağa Kürçaylının ədəbi mühitdə ləqəbi qırmızı olub. Çünki qırmızı danışırmış, həm də yanağı qırmızı olub.
Şair xərçəng xəstəlikdən əziyyət çəkirdi. Ölümünə 20 dəqiqə qalmış qızı Ülkər atasının halından xəbər tutur. Qardaşı bacısını başa salmağa cəhd edir, amma çifayda! Ülkər atasını ölütək çarpayıda görür. Hamı ağlayırdı. Qardaşı o ağır günləri belə xatırlayır:
"Atama yaxınlaşdı. Üzünü örtmüşdük. İndi də ürəyimdə qalıb: onun atama yaxınlaşıb öpməsinə imkan vermədim. Dedim, halı lap pisləşər. Guya yaxşılıq eləyirdim. Hərdən fikirləşirəm, bəlkə, qoysaydım, ataya sarılsaydı, belə eləməzdi. Otaqdan çıxdı. Onda mənim 25, onun 23 yaşı vardı. Birdən ayıldım ki, Ülkər yoxdu. Axtardım, balaca bir kağız tapdım: "Məni axtarmayın. Ülkər”
Ülkər intihar edir. Özünü dənizə atır. Dalğıclar xilas etsələr də qorxudan ürəyi partlayır.
Əliağa Kürçaylı 1980-ci il, fevralın 11-də, 51 yaşında vəfat edib.
Əliağa Kürçaylının bu şeiri Azərbaycan ədəbiyyatında ən gözəl şeirlərdən biri hesab edilir.
İstərəm
Mən sənin eşqinin asimanında

Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağı tək
Mən sənin boynuna atmaq istərəm.
Bir sən, bir mən olum, bir uçuq kaha,
Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.
Yaşayım yüz il də, milyon da, min də,
Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.
Kulis.az
Tarix: 13-02-2022, 14:51 Oxunub: 1 894
Bölməyə aid digər xəbərlər
4-02-2022, 09:29
Səhiyyə nazirinin yeni müavinləri kimdir? - DOSYE + FOTO
16-01-2022, 18:58
İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ: "Verilən qərar düzgün deyil"
31-10-2021, 15:22
Ermənilər suyuna zəhər qatdı, son əsərini xəstəxana divarına yazdı, vəsiyyətinə əməl olunmadı - 23 yaşında ölən bəstəkarımız
30-10-2021, 07:33
"UŞAQLIQDAN ƏN BÖYÜK ARZUM BÖYÜK SALONLARDA ÇIXIŞ ETMƏK OLUB, İNDİ İSƏ XEYRİYYƏÇİLİK ETMƏK İSTƏRƏM" - NATƏVAN DƏMİRÇİOĞLU
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
14-04-2021, 00:22
Əli Abbasov və Vidadi Zeynalov dövlətdən oğurladığı 100 milyonları niyə qaytarmır? - İTTİHAM
22-03-2021, 15:29
Bir şəklin tarixçəsi - Səməd Vurğunun qeyri-adi DƏFNİ
21-03-2021, 09:03
Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!
14-03-2021, 09:15
Tələbəsi ilə evlənən Əməkdar artist – Maraqlı faktlar
21-02-2021, 23:49
Qohumlarını ermənilər qırdı, "Kirovabad" adına görə həbs olundu - Dəyirmanda fəhlə işləyən Xalq artisti
14-02-2021, 21:47
"EL BİLİR Kİ, SƏN MƏNİMSƏN" deyən ŞAİRİN araşdırmaçı şair- filosof Hacı Loğman Qorqudun fəlsəfi süzgəcindən keçən, hər kəsə görünməyən iç dünyası...
10-02-2021, 12:37
Abşeronun başçısı İradə Gülməmmədovanın qurduğu qanunsuz biznes səltənəti - FAKTLAR
1-01-2021, 08:33
İSTEDADLI ALİM, YORULMAZ TƏDQİQATÇI
17-12-2020, 19:43
“Hər kim yüz il yaşamasa, günah onun özündədir”- OSMAN SARIVƏLLİ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 20:12
İlham Əliyev onları təltif etdi - SİYAHI
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi