11 oktyabr 2026-cı il tarixində Şəki Dövlət Regional Kollecində kollecin təşkilatçılığı, Cine Cafe və Brook Academy-nin tərəfdaşlığı ilə tələbələr arasında 18 Oktyabr — Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Halva Halva deməklə” intellektual Quizi keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 10 komanda iştirak edib.
Yarışın nəticələri:
I yer — Mozaika | 68 xal
II yer — Paradoks | 55 xal
III yer — Rezonans | 24 xal
Qalib komandalara çərçivələr, tərəfdaş təşkilatların hədiyyə kuponları və kitablar təqdim olunub.
Yarışın təşkilinə göstərdikləri dəstəyə görə Şəki Dövlət Regional Kollecinin rəhbərliyinə, Cine Cafe-yə və Brook Academy-yə təşəkkürümüzü bildiririk. İntellektual mübarizədə iştirak edən bütün komandalara da xüsusi təşəkkür edirik!
Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!
Bilik, məntiq və milli dəyərlər bir arada! Bütün iştirakçıları təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!
Bölməyə aid digər xəbərlər















