16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Qazaxda 2 Fevral - Gənclər günü qeyd olunub

        Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 2026 - cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2 Fevral - Gənclər günü münasibətilə  “Müasir Azərbaycan gəncliyi cəmiyyətimizin bütün sahələrində ən aparıcı qüvvədir!” mövzusunda tədbir keçirilib.

     Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü tədbir iştirakçıları tərəfindən ziyarət olunub və önünə tər çiçəklər düzülüb.

     Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.                            YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya fəalları Elçin Cəfərov, Esmira Şıxməmmədova, Nicat Göşşüyev, şəhid atası Qədir Əfəndiyev  2 Fevral - Gənclər günü münasibətilə gəncləri təbrik edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirililməsindən, Azərbaycan gəncliyinin ölkəmizin ictimai - siyasi, sosial - iqtisadi, elmi - mədəni həyatında və digər sahələrdə fəal iştirakından, bu gün ölkəmizdə gənclər üçün yaradılan geniş imkanlardan, artıq gənclər siyasətinin ölkəmizdə yeni mərhələyə qədəm qoymasından ətraflı bəhs ediblər. 

     Məhz, Vətən müharibəsində də müdrik xalqımıza Möhtəşəm Qələbəni sağlam və milli ruhda böyümüş gənc nəsilin öz qanı, canı bahasına bəxş etdiyini vurğulayan natiqlər Azərbaycan gəncliyinin öz ənənələrinə sadiq qalaraq, yeni-yeni uğurlara, qələbələrə imza atacaqlarına və bundan sonra da müstəqil, suveren Azərbaycanın daha xoş - firavan gələcəyi naminə yüksək fəallıq göstərəcəklərinə əminliklərini bildiriblər. 

     Partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı gənclərə həsr etdikləri şeirlərini səsləndiriblər.

     Tədbirin sonunda yüksək siyasi fəallığına görə bir qrup gənc YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub, YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqəsi təqdim edilib.


 

 


Tarix: 29-01-2026, 15:46 Oxunub: 295


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031