11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazaxda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Azərbaycanın Şanlı Dövlətçilik tarixinə qızıl hərflərlə yazılan gün” mövzusunda tədbir keçirildi

2024-cü il iyunun 12-də YAP Qazax rayon təşkilatının və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş  “Azərbaycanın Şanlı Dövlətçilik  tarixinə qızıl hərflərlə yazılan gün” mövzusunda tədbiri keçirildi.

Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Rayon İcra Hakimiyyətinin başçısı Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, bu gün Ulu Heydər Əliyev ideyalarının, onun siyasi kursunun Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əzmlə, uğurla davam etdirilməsindən də geniş bəhs etdi.

Rayon İcra Hakimiyyətinin başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin - Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana geri qaytarılması münasibətilə də tədbir iştirakçılarını təbrik etdi və bunu dövlətimizin növbəti uğuru, zəfəri kimi qiymətləndirdi.

Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbir iştirakçılarını salamladı və tədbirin mahiyyətindən, əhəmiyyətindən geniş söz açdı. Rayon təşkilatının sədri Ulu Öndər   Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışdı. Rayon təşkilatının sədri qeyd etdi ki,   Dahi Rəhbərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır. Natiq vurğuladı ki, xalqımızın Böyük Xilaskarı, Dahi Şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, xoşbəxtliyimiz ondadır ki, onun ideyaları, ilahi arzuları Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında günbəgün, zaman - zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir  uğura, nailiyyətə, qələbəyə imza atır. Sonda rayon təşkilatının sədri rayonun 4 kəndinin Azərbaycana geri qaytarılması münasibətilə tədbir iştirakçılarını təbrik etdi və Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizin gələcəkdə də yeni-yeni uğurlara, qələbələrə imza atacağına böyük əminliyini bildirdi.  

Tədbirdə BDU Qazax filialının direktoru Arif Rüstəmov, Q.Hacımahmudova adına ümumtəhsil orta məktəb ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva, BDU Qazax filialının müəllimi Mübariz Süleymanov, Qazax Dövlət Sosial İqtisadi Kollecinin müəllimi Mətanət Kazımova, partiya veteranı Gülnaz Alişanova, çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs etdilər. Natiqlər Ulu Öndərin əziz xatirəsinin heç zaman unudulmayacağını, müdrik xalqımızın qəlbində əbədi yaşayacağını bildirdilər və Dahi Rəhbərə rəhmət dilədilər. Partiya veteranı, şair Cavanşir Rüstəm Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş  şeirlərini səsləndirdi.

Sonda 2 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş  şeirlər söylədilər və müxtəlif ədəbi – bədii kompozisiya ilə çıxış etdilər. 

YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə partiya üzvlük vəsiqələri təqdim edildi.    



Tarix: 12-06-2024, 16:28 Oxunub: 1 021


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı