11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazaxda “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür”mövzusunda tədbir keçirildi

     18 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə
 “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür” mövzusunda  tədbiri keçirildi.
      Tədbir YAP Qazax rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başlandı. Dövlət Himninin
 səsləndirililməsindən sonra Ümummilli Lider   Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış edərək ölkəmizin müstəqillik illərində əldə etdiyi böyük uğurlardan söz açdı. A.Nəbiyev bildirdi ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü hər birimiz üçün qürur və iftixar dolu bir gündür. 32 il əvvəl ölkəmiz müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Bununla da xalqımız bir əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müstəqilliyimiz daha da möhkəmləndi. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Vətən müharibəsi başlandı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində 28 illik işğala son qoydu. Qarabağı, həmçinin işğal olunmuş digər ərazilərimizi də erməni qəsbkarlarından azad etdi. Bu gün Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam şəkildə bərpa olunub. Bu möhtəşəm Qələbə xalqımızın qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazılıb. Sonda rayon təşkilatının sədri bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
    Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov  çıxış edərək müasir  Azərbaycanın keçdiyi çətin və şərəfli  yoldan   ətraflı danışdı.
 O, dövlət müstəqilliyimizin möhkəmlənməsində, qorunub saxlanılmasında  xalqımızın xilaskarı Ümummilli Liderin misilsiz xidmətlərini xüsusi qeyd etdi. Bildirdi ki,  müasir Azərbaycan dövlətçiliyinin memarı olan Ulu Öndər öz şərəfli və mənalı ömrünü Azərbaycanı dünyada tanıtmağa, dövlət quruculuğuna, dövlətçiliyimizi daha da möhkəmləndirməyə, güclü, qüdrətli, yenilməz bir Azərbaycan qurmağa həsr etdi. Müasir Azərbaycanın dövlətçilik tarixi məhz, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün  Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək tarixi qələbələrə, uğurlara imza atır. Bu gün müasir, müstəqil, suveren Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
     Sonra Qazax RİH Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov, Qazax Dövlət Sosial - İqtisadi Kollecində Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, YAP Qazax Rayon Təşkilatının əməkdaşı Kənan Hüseynli ətraflı çıxış edərək, bu bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər. Partiya veteranı, şair Cavanşir Rüstəm müstəqilliyimizə həsr etdiyi şeirlərini söylədi. Qazax şəhər 3 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Tədbirin sonunda rayonun ictimai - siyasi həyatında fərqlənən bir qrup partiya fəalları YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olundular. YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edildi.


Tarix: 18-10-2023, 15:11 Oxunub: 498


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı