21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Yap Qazax rayon təşkilatında tədbir keçirildi

14 oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi, 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü və Partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirildi.
         Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə tər qərənfillər düzərək Ulu Öndərə dərin hörmət və ehtiramlarını bir daha nümayiş etdirdilər.
         Ərazi partiya təşkilatı sədrlərinin, partiya veteranlarının iştirak etdiyi tədbir başlamazdan əvvəl müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açdı və Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra əldə olunan böyük nailiyyətlərdən, uğurlardan, möhtəşəm zəfərlərdən, sürətli inkişafdan, 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı və Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, partiyanın VII qurultayından sonra partiya həyatında aparılan islahatlardan ətraflı danışdı.
Tədbirdə çıxış edənlər Partiyamızın ölkə həyatındakı müstəsna rolundan, qazandığı uğurlardan, eləcə də Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət müstəqilliyimizi daha da möhkəmlədirməsindən ətraflı danışdılar.
         Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yekunlaşdıraraq ərazi partiya təşkilat sədrlərinə müvafiq tapşırıqlar verdi.


Tarix: 14-10-2022, 17:27 Oxunub: 272


Bölməyə aid digər xəbərlər