11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Partiya veteranının yubileyi qeyd edildi... - Qazaxda

      8 iyul 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının partiya veteranı “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu ərazi partiya təşkilatının sədri Mütəllimova Esmira Qədir qızının yubiley tədbiri keçirildi.
    Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açdı. O, müqəddəs və əziz bayramımız olan Qurban Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək ən xoş arzularını bildirdi. Rayon təşkilatı sədrinin təklifi ilə Müstəqil Azərbaycanımızın və Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu Ulu Öndərimiz Heydər Əliyevin, həmçinin torpaqlarımızın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün təmin olunmasında şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Anar Nəbiyev Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai – siyasi həyatında müstəsna rolundan, qazandığı qələbələrdən, əldə etdiyi naliyyətlərdən ətraflı danışaraq, rayon təşkilatının partiya veteranı “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu ərazi partiya təşkilatının sədri Esmira Mütəllimovanı yubileyi münasibətilə rayon təşkilatının üzvləri adından təbrik etdi. Rayon təşkilatının sədri 1995-ci ildən YAP-ın üzvü olan Esmira xanımın partiya sıralarında göstərdiyi xidmətlərindən, nümunəvi partiya üzvü kimi siyasi fəallığından bəhs etdi. A.Nəbiyev qeyd etdi ki, o əqidəli, vətənpərvər, sadiq, prinsipial ərazi partiya təşkilatının sədri kimi digər partiya üzvlərinə, xüsusilə gənclərə, bir örnək, bir nümunədir. Sonda rayon təşkilatının sədri yüksək siyasi fəallığı və 65 illik yubileyi münasibətilə Esmira Mütəllimovanı fəxri fərman və hədiyyə ilə təbrik etdi.
    Tədbirdə çıxış edən partiya üzvləri E.Mütəllimova haqqında ürək sözlərini söylədilər və təbriklərini çatdırdılar.


Tarix: 8-07-2022, 15:33 Oxunub: 351


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı