Abşeron RMX-da gender əsaslı zorakılıqla mübarizə çərçivəsində maarifləndirici tədbir keçirilib


25 noyabr – 10 dekabr tarixlərini əhatə edən “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, gender məsələləri üzrə məsul şəxs Gülnar Rəhimova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Hacı Lətifov və tibb işçiləri iştirak ediblər.
Görüşün əsas məqsədi gender əsaslı zorakılığın müxtəlif formaları, zorakılıq hallarının qarşısının alınması, zərərçəkmiş şəxslərin hüquqları və müdafiə mexanizmləri barədə məlumatlılığın artırılması olub.
Tədbir zamanı gender əsaslı zorakılıqla mübarizə sahəsində qanunvericiliyin tələbləri, zorakılıq hallarının vaxtında aşkarlanması, zərərçəkmiş şəxslərin müvafiq dəstək xidmətlərinə yönləndirilməsi və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb. Praktiki nümunələr əsasında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Kampaniya çərçivəsində mövzuya dair maarifləndirici materiallar və “Zorakılıq qurbanı olma, yardım istə!” şüarı ilə hazırlanmış ərizə-şikayət qutusu xəstəxanaya təqdim edilib.
Gender əsaslı zorakılıqla mübarizə yalnız hüquqi deyil, həm də sosial məsuliyyət məsələsidir. Bu istiqamətdə maarifləndirmə, vaxtında müdaxilə və dəstək mexanizmlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.



Tarix: Bu gün, 21:08 Oxunub: 60


Bölməyə aid digər xəbərlər
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30