
Azərbaycan Yazıçılar Birliyində tarix üzrə fəlsəfə doktoru, yazıçı-publisist Dilarə Nağıyevanın İrandakı Səfirliyimizə edilən terror aktı zamanı cinayətkarı zərərsizləşdirən Xüsusi Dövlət Mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyevin qəhrəmanlığına həsr olunmuş "Ölümün bir addımlığında" adlı kitabının təqdimatı keçirilib. Kitaba ön sözü tarix elmləri doktoru, dosent Fərhad Cabbarov yazıb.
Kitabda Vasif Tağıyevin həyat yolu, qəhrəmanlığı haqqında müəllifin onun yaxınlarından aldığı müsahibələri və bir çox tanınmış şəxşlərin Vasif Tağıyevin qəhrəmanlığına münasibətləri ətraflı şəkildə yer alıb.
Vasif Tağıyev kimdir?
Əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğlu ailəlidir, onun iki qız, bir oğlan olmaqla üç övladı var. Vasif Tağıyev 1989-cu ildə Şuşa şəhərində anadan olub, orada qeydiyyatdadır, məcburi köçkün kimi qeydiyyatdadır. Bir bacısı, bir qardaşı var. Anası hal-hazırda həkimdir, atası təqaüddədir.
Xatırladaq ki, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdır. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır. Onlardan biri, terrorçunu zərərsizləşdirməyə nail olan Vasif Tağıyev çiynindən və çənəsindən güllə yaraları almış, əməliyyat olunmuşdur.
Prezident İlham Əliyevin 3 fevral 2023-cü il tarixli sərəncamı ilə göstərdiyi böyük şücaət və qəhrəmanlığa görə Vasif Tağıyev 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunmuşdur.
2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir. Vasif Tağıyev Azərbaycanda bu ordeni alan 5-ci şəxsdir. Qeyd edək ki, terror basqını zamanı Vasif Tağıyevin davranışları beynəlxalq səviyyədə də reaksiya doğurub, onun terrorçunu zərərsizləşdirməsi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirilib.
Hazırda V.Tağıyev fəaliyyətini Azərbaycanın Ukraynadakı səfirliyində davam etdirir.
Vasifin atası Natiq Tağıyev yoldaşlarını xilas etdiyi üçün oğlu ilə fəxr etdiyini qeyd edir.
Bu ilin avqust ayında Vasif Tağıyevin anasıTəranə xanım heç nədən çəkinmədən müharibənin davam etdiyi Ukraynaya, oğlunun yanına gedib. Qəhrəman oğulun vətənpərvər anası belə qeyd edir:
"İrandakı xidmətindən sonra Ukrayna təyinatı oğlumun peşə borcudur. Mən onun seçiminə vəDövlətimiz qarşısında xidmətinə dərin hörmətlə yanaşıram. Hər zaman dualarımla ona arxa olmağı özümə ən böyük borc bilirəm."
Damarında axırdı o müqəddəs yurd qanı.
Tehranın ortasında kəsildi düşmən yolu,
Tarix yaşatdı mərdi, heyran etdi cahanı.
Vasif isə sipər oldu, qorudu o canları.
Bu millətin igidi bitməz, tükənməz bizim,
Qəhrəmanlıq rəmzidir Vasif Tağıyev adı!
Biz də ATİA.AZ saytının kollektivi adından Azərbaycanın qəhrəman oğlu Vasif Tağıyevə işlərində yeni-yeni uğurlar arzulayırıq.
Bölməyə aid digər xəbərlər















