Azərbaycanın qəhrəman oğlu Vasif Tağıyev

       Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan üç ildən çox vaxt keçir. 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 08:30-da İrandakı səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Cinayətkarı zərərsizləşdirən Tağıyev Vasif Natiq oğlu isə çiynindən və çənəsindən ağır yara alıb.

      V.Tağıyev terrorçunun əlindən avtomatı almağa çalışıb. Bu zaman terrorçu avtomatdan atəş açmağa başlayıb. Güllələrdən biri səfirliyin döşəməsinə dəyib. Daha sonra onun açdığı digər bir atəş Vasif Tağıyevin çiynindən dəyib. Lakin Vasif ayıq-sayıqlığını itirməməyə çalışıb. O, terrorçunu binadan çıxarmağa cəhd edib. Həmin an V.Tağıyev terrorçunun avtomatının darağını çıxarmağa nail ola bilib. Ancaq avtomatın içərisində bir güllə qalıb. Terrorçu avtomatdan növbəti dəfə də atəş aşıb. Avtomatın içərsində olan sonuncu güllə də tavana dəyib. Bundan sonra isə terrorçu əlini cibinə ataraq tapançasını çıxarıb. Dərhal da atəş açıb. Atəş nəticəsində güllə Vasifin çənəsindən girirək üzündən çıxıb.

 

     Öz həyatını riskə ataraq  cinayətkarı zərərsizləşdirən  Vasif Tağıyev 1989-cu ildə Şuşa şəhərində anadan olub. 

Ailəlidir,  iki qız, bir oğlan olmaqla üç övladı var. Hər bir azərbaycanlıda sonsuz qürur hissi yaradan Vasif Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 fevral 2023-cü il tarixli Sərəncamı ilə 1- ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

     Hazırda  V.Tağıyev fəaliyyətini Azərbaycanın Ukraynadakı səfirliyində davam etdirir.

    ATİA.AZ saytının kollektivi adından Azərbaycanın qəhrəman oğlu Vasif Tağıyevə işlərində uğurlar arzulayırıq.

 


Tarix: Dünən, 22:43 Oxunub: 154


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930