Azərbaycanda hər il 27 sentyabr tarixi Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə Anım Günü kimi qeyd edilir. Bu anım günü Prezident cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli sərəncamında öz əksini tapmışdır. Anım Günü elə bir gündür ki, vəzifəsindən, işindən-gücündən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bu günümüz üçün Vətən uğrunda canından keçən Şəhidlərin ruhunu yad etməli, böyük ehtiramla onların şanlı həyat yolunu xatırlamalıdı. Milli mentalitetimizə uyğun olaraq həmin günlər şadlıqlardan, ad günlərinin təşkilindən və sairə kimi təmtəraqlı tədbirlərdən uzaq durulmalı, dediyimiz məsələlər anım günündən sonra qeyd edilməlidi. 27 sentyabr anım günü bu il təqvim cədvəlinə əsasən bazar gününə, yəni qeyri iş gününə düşdüyü üçün, Anım Gününün 25-i sentyabrda, həftənin 5-ci günü qeyd edilməsi tapşırıldı. Təbii ki, Qazaxda da bu tədbir yüksək səviyyədə qeyq edildi.
Bəs Anım Günü Qazax Dövlət Sosial-İqtisadi Kollecinin 6 ay bundan əvvəl təyin olunmuş direktoru Gülnar Qəhrəmanova üçün necə yadda qaldı? Məlum oldu ki, sentyabrın 25-də Gülnar Qəhrəmanova Şəhidlərin anım günü ilə bərabər, iş otağında öz ad gününü də qeyd etdirib. Direktora gül-çiçək dəstələri ilə yanaşı, tortlar da hədiyyə edilib. Şəninə “boğazdan yuxarı” təriflər də deyilib.
Bəli, nə yatdı ki, nə yuxu görə? Bu direktora bol-bol təriflər söylənilməsi kimlər üçün inandırıcı ola bilər? Təbiidir ki, tərif söyləyənlərin savad dərəcəsi aşağıdır ki, direktor gələcəkdə onları nəzərə alsın. Necə ki, yay semestrində yeni imtahan nəticələri köhnə nəticələrə qarışdırılıb yandırılıqdan sonra, günahkarların “gül üzünə püf” deyilməməsi kimi... Direktor kollektivin avanqardı hesab olunur. Düzgün yolu və son qərarı tabeçiliyində olanlar ondan gözləyirlər. Bu gün direktor şəhidlərin ruhuna hörmətlə yanaşmayıb, özünü təriflədir, gül dəstəsi yığır və tort kəsdirirsə, ondan nə gözləmək olar? Yəqin ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin direktoru, professor Ülkər Səttarova kollecə qoyduğu kadrı haqqında yenidən fikirləşməli olacaq. Gələn gündən 6 nəfər müəllimi işdən azad edən, yerinə 6 nəfər yeni işçi götürən, texniki işçiləri və lobarantları işdən çıxarmaqla hədələyən, özünün yaxşı yaşaması naminə kimlərinsə ailəsini ac qoymaq amalı ilə düşünən, bu gün dediyini sabah deməyən, müəllim nəvazişindən uzaq duran, işi iş bilməzlərə tapşıran kollec direktoru Gülnar Qəhrəmanova, doğurdan da müxalifət ailəsində dünyaya göz açdığını aydın surətdə büruzə verir. Müxalifət övladı demişkən, yaxşı yadımızdadı, kollecdə bir vaxtlar bacarıqlı, işini yaxşı bilən təsərrüfat işləri üzrə direktor müavini Əbülfət Məmmədov adlı şəxs işləyirdi. Onu, qatı müxalifətçi İbrahim İbrahimli ilə şəkil çəkdirdiyi üçün işdən azad etdilər. Belə halda, Gülnar Qəhrəmanova haqqında hansı tərzdə düşünmək olar? Gülnar Qəhrəmanova heç də aydan arı, sudan duru adam deyil. Bu kadr haqqında kim müsbət düşünübsə kobud səhvə yol verib. Yay tətili günlərində işlərinin yolunda olması üçün kollecin işçilərindən Qəhrəmanovanın evinə müsəlman qaydası ilə pay-püşün də aparılması söylənilir. Yəni, eşitdiyimiz budur. Atalar demişkən: “Yanlış olar, yalan olmaz”. Necə ki, direktorun anım günündə özünə ad günü keçirtdiyi kimi...
İlham Hacalı, ATİA.AZ
Bölməyə aid digər xəbərlər















