18 noyabr 2026 - cı il tarixdə YAP Qazax rayon təşkilatı Qazax Dövlət Sosial-İqtisadi Kolleci PHŞ ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının təsis olunmasının 34-cü ildönümünə həsr olunmuş “Dövlətçilik ənənələri və Azərbaycanın inkişaf yolu” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının böyük nailiyyətlər, uğurlar, möhtəşəm qələbələr, sürətli inkişaf yolu kimi şərəfəli bir yol keçməsindən, alternativsiz bir partiya olmasından, qısa bir müddətdə milyonların sevgisini qazanaraq ümumxalq partiyasına çevrilməsindən ətraflı bəhs edib.
A.Nəbiyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Möhtərəm Prezident İlham Əliyev cənablarının proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, ötən dövr ərzində əldə edilmiş siyasi, iqtisadi və hərbi nailiyyətlərdən və qarşıda duran mühüm vəzifələrdən də ətraflı danışıb.
Rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini qeyd edərək tədbir iştirakçılarını YAP-ın 34-cü ildönümü münasibətilə təbrik edib.
Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kolleci PHŞ ərazi partiya təşkilatının fəallarından Gülnar Qəhrəmanova, Turanə Məmmədova, Esmira Şıxməmmədova, Mətanət Kazımova çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı nailiyyətlərdən, ölkəmizin müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində müstəsna rolundan ətraflı danışıblar.
Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda bir qrup partiya fəalı sosial şəbəkələrdə yüksək fəallığına görə YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub.
Bölməyə aid digər xəbərlər















