Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş daha bir tədbir...

     2026-cı il “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Qazax rayonunda silsilə tədbirlər davam edir.

Bu yonümdə YAP Qazax rayon təşkilatı və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə tələbələr arasında sərbəst güləş, YAP Qazax rayon təşkilatı və Uşaq - Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə aşağı yaş qrupu üzrə futbol, şahmat və dama idman növləri üzrə yarışlar keçirilib. 

Yarışlar Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlanıb və Ümummilli Lider Heydər Əliyevin, vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yarış iştirakçılarını salamlayaraq, Qazax rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103- cü ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini və bunun Dahi Rəhbərin əziz xatirəsinə olan hörmət və ehtiramın, sevgi və sədaqətin təcəssümü olduğunu bildirib. Rayon təşkilatının sədri Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən gənclərə və idmana göstərdiyi diqqət və qayğısından geniş bəhs edib. Bu gün respublikamızda Möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında Ulu Öndərin dəsti - xəttinin, siyasi kursunun əzmlə, qətiyyətlə, uğurla davam etdirilməsini xüsusilə vurğulayan A.Nəbiyev idmançılara uğurlar arzulayıb. 

Sonda qalib komandalar və idmançılar YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunub.



Tarix: Bu gün, 18:03 Oxunub: 56


Bölməyə aid digər xəbərlər


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031