Qazaxda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

    Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir.

     Mart ayının 13-də 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qazax şəhərinin mərkəzində, Heydər Əliyev prospekti boyunca ağacəkmə aksiyası keçirilib.

     Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, partiya fəalları, idarə, müəssisə və təşkilatların əməkdaşları, könüllülər iştirak ediblər. Aksiya çərçivəsində 500 ədəd eldar şamı əkilib, abadlıq işləri aparılıb, ağacların dibi yumşaldılıb, suvarılıb, aqrotexniki qulluq göstərilib. 

     Keçirilən aksiyanın əsas məqsədi 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Möhtərəm Prezident İlham Əliyev cənablarının 22 dekabr 2025-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması, ətraf mühitin qorunması məqsədilə tədbirlərin görülməsi və yaşıllıq zolaqlarının salınmasıdır. 





Tarix: 13-03-2026, 16:13 Oxunub: 738


Bölməyə aid digər xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930