Qazaxda 8 noyabr - Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

    05 noyabr 2025-ci il tarixdə Qazaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində tarixi Qələbənin 5-ci ildönümü münasibətilə  ağacəkmə aksiyası keçirilib.

     Qazax şəhəri ərazisində və Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Yuxarı Salahlı və Qazaxbəyli kəndləri ərazisindən keçən hissələrində keçirilən aksiyada ümumilikdə 8000 ədəd olmaqla, 5500 ədəd dekorativ gül və kol, 1750 ədəd eldar şamı və 750 ədəd sərv ağacı əkilib. Ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, suvarılıb, aqrotexniki qulluq göstərilib .  

    Aksiyada Qazax Rayon İcra Hakimiyyəti Aparatının, YAP Qazax rayon təşkilatı Aparatının əməkdaşları , hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, partiya fəalları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, BDU Qazax filialının və Qazax Dövlət Sosial İqtisadi Kollecinin müəllim və tələbələri, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, könüllülər və KİV nümayəndələri iştirak ediblər.



Tarix: 5-11-2025, 16:22 Oxunub: 1 165


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930