12:33 / 06-06-2025
"Unikal" 15 yaşını qeyd edir
15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

     2025-ci il iyunun 12-də YAP Qazax rayon təşkilatının və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın Şanlı Dövlətçilik  tarixinə qızıl hərflərlə yazılan bir gündür!” mövzusunda tədbir keçirilib.

     Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

     Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rayon təşkilatının sədri Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, bu gün Ulu Heydər Əliyev ideyalarının, onun siyasi kursunun Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əzmlə, uğurla davam etdirilməsindən geniş bəhs edib.

     Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası məhz, həmin tarixdən başlanır. Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm bir hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur. 

     İcra Başçısı daha sonra qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində sürətlə inkişaf edərək dünyada nüfuzlu, qüdrətli bir dövlətə çevrilib. Xalqımızın Böyük Xilaskarı, Dahi Şəxsiyyət Heydər Əliyevin ideyaları, onun ilahi arzuları bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında zaman - zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır. 

     Tədbirdə BDU Qazax filialının müəllimi Ülviyyə Bayramova, partiya veteranlarından Fərhad Qocamanov, Ramil Qurbanov, Qazax Dövlət Sosial İqtisadi Kollecinin müəllimi Türkan Allahverdiyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs ediblər. Natiqlər Ulu Öndərin əziz xatirəsinin heç zaman unudulmayacağını, müdrik xalqımızın qəlbində əbədi olaraq yaşayacağını bildiriblər. 

     Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər və müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış ediblər. 

     Sosial şəbəkələrdə yüksək siyasi fəallıq göstərən bir qrup partiya fəalı YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənc üzvlərə partiya üzvlük vəsiqələri təqdim edilib.    






Tarix: Вчера, 15:54 Oxunub: 59


Bölməyə aid digər xəbərlər