21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Qazaxda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi

     2023-cü il iyunun 12-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan  Partiyası  Qazax rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirildi.
     Əvvəlcə Yeni Azərbaycan   Partiyası  Qazax rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçək dəstələri düzüldü.  
     Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
      Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək  15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını salamladı və əlamətdar bayram münasibətilə onları təbrik etdi.  
    Rayon İcra Hakimiyyətinin Başçısı “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən tədbirin rayonda “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olduğunu qeyd edərək, Ulu Öndərin keçdiyi şərəfli və mənalı ömür yolundan, xalqımız qarşısındakı müstəsna xidmətlərindən, Ulu Heydər Əliyev siyasi kursunun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsindən  ətraflı danışdı.  
     Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbir iştirakçılarını salamladı və tədbirin mahiyyətindən, əhəmiyyətindən geniş söz açdı. Rayon təşkilatının sədri Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, Möhtərəm Prezidentimiz İlahm Əliyev cənablarının rəhbərliyi ilə müstəqil Azərbaycanımızın qazandığı uğurlardan, qələbələrdən ətraflı bəhs etdi.  
    Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər  və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, partiya veteranı, şair Cavanşir Rüstəm, partiya veteranları Gövhər Rəhimova, Bəsti Ələkbərova və  partiya veteranı, şair Kazım Kazımlı çıxış etdilər, Natiqlər Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini danışdılar, Dahi Rəhbərin misilsiz xidmtlərindən bəhs etdilər və sonda tədbir iştirakçılarnı bayram münasibətilə təbrik etdilər.


Tarix: 12-06-2023, 15:45 Oxunub: 627


Bölməyə aid digər xəbərlər