12 yanvar 2023-cü il tarixdə “Heydər Əliyev ili” ilə əlaqədar YAP Qazax rayon təşkilatı və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında
Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider, müasir Müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının memarı Heydər
Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə olan dərin hörmət və ehtiramlarını bildirdilər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad
etdilər.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan
xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərimizin müstəsna
xidmətlərindən ətraflı danışdı. A.Nəbiyev qeyd etdi ki, 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir, necə deyərlər, xalqımızın
tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi həm də müstəqil Azərbaycan respublikasının qurulmasında bir dönüş nöqtəsi oldu. Məhz,
bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycanın Möhtəşəm Qələbəsi ilə sona
çatdı. Bu tarixi Zəfər ilə bütün soyqırım, faciə, qətliam qurbanlarının, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. A.Nəbiyev məhz, Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini xüsusilə qeyd etdi.
Çıxış edən Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət əməli olduğunu bildirdi. 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində sadəcə kədərli bir hüzn günü kimi deyil, həm də millətimizin qəhrəmanlığını, mübarizliyini, yenilməzliyini əks
etdirən bir oyanış günü olduğunu xüsusilə vurğuladı.
Tədbirdə BDU Qazax filialının direktor müavini Məmməd Yusifov, partiya veteranları Bəsti Ələkbərova, Fərhad Qocamanov, Daş Salahlı kənd
2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Rəna Bayramova çıxış edərək 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında
Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan ətraflı danışdılar.
Bölməyə aid digər xəbərlər