Bu gün oxucularımıza yenidən gənc şairimiz Cavadov Habil Əsgər oğlunun bir neçə şeirini sizə təqdim etmək istəyirik.
Cavadov Habil Əsgər oğlu 1974-cü ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1991 ci ilin dekabır ayında məlum Qarabağ hadisələri ilə əlaqədar doğma kəndlərindən çıxıb məcburi şəkildə köçkünə çevrilən Cavadov Habil hazırda Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində məskunlaşıb.
Könül sarayıma səni seçmişəm
Mənim damarımda axan qanımsan,
İnan can tək əziz, şirin canımsan,
Dünyada sevdiyim bir tək xanımsan
Mən səninlə eşq şərbətin içmişəm,
Könül sarayıma səni seçmişəm.
Ruhum haray çəkir, tək səndən yana,
Yaradan yaradıb, doğubdur ana,
Sanki bir mələksən, yaşılbaş sona
Mən eşqinlə dağ-dərələr keçmişəm,
Könül sarayıma səni seçmişəm.
Sənsiz gecələrim dönər kabusa,
Bu can bil xoşbəxtdir yanında olsa,
İnanki yanımda kim olub, qalsa
Səninçün alovdan, oddan keçmişəm,
Könül sarayıma səni seçmişəm.
Habiləm, mən sənə nəğmələr qoşam,
Həmişə səninlə mən şadam, xoşam,
İstərəm birlikdə dağları aşam
Mən bu saf eşqimi sənlə bilmişəm,
Könül sarayıma səni seçmişəm,
Könül sarayıma səni seçmişəm.
Nə qoyaq bu sevginin adını?
Ziyası dünyanı nura qərq edir,
Yazarkən sözlərə bəs etmir sətir,
Onun qoxusu tək görmədim ətir
Qəlbimə yazmışam mən o qadını,
Biz nə qoyaq bu sevginin adını?
Sanki gözlərində şimşək, tufan var,
Gen dünya onsuz mənə gəlir dar,
Mən heç görmədim ki, belə gözəl yar
Dənizlər də söndürəmməz odunu,
Biz nə qoyaq bu sevginin adını?
Gözəlliyi günəşi də mat qoyub,
Həsrəti bağrımın başını oyub,
Nəsimi tək vücudumu bax, soyub
Ona fəda mən edərəm canımı,
Biz nə qoyaq bu sevginin adını?
Bu Habilin ağlı qalıb səndə bax,
Bilki gülüm, sənsiz olmaz bu can sağ,
Həsrətindən sinəmə çəkilər dağ
Mən oyaram kəm gözlərin yadını,
Biz nə qoyaq bu sevginin adını?
Biz nə qoyaq bu sevginin adını?
Həsrətin səndən də vəfalı imiş
Sən məni tərk etsən, o heç etməyir,
Həsrətin səndən də vəfalı imiş.
Xəyalın gözümdən bir an getməyir,
Həsrətin səndən də vəfalı imiş.
O şirin xatirən qalıbdı məndə,
Mən səni aradım dumanda, çəndə,
Tapmışdım mən səni şehli çəməndə,
Həsrətin səndən də vəfalı imiş.
Gecə də, gündüz də mənimlədir bil,
Həsrətin hər zaman mənimlə əlbir,
Üzüntün, hicranın mənimçün qəbir,
Həsrətin səndən də vəfalı imiş.
Könlümdə saraylar qurdum adına,
Görəsən haçansa düşdüm yadına?
Heç yetmədin harayıma, dadıma,
Həsrətin səndən də vəfalı imiş.
Habiləm, səmtimdə, sorağımda sən,
Eşqin həsrətindən saçım oldu dən,
Mən səndən gileyli olmuşam nədən,
Həsrətin səndən də vəfalı imiş.
Həsrətin səndən də vəfalı imiş.
Bölməyə aid digər xəbərlər















