21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
YAP Qazax rayon təşkilatının 30 illik yubileyi qeyd olundu

     24 iyul 2023-cü il tarixdə Qazaxda Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə Ümummilli Lider  Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək Dahi Rəhbərə olan dərin hörmət və ehtiramlarını bildirdlər.
    Tədbir Dövlət Himninin səsləndirililməsi ilə başladı. Sonra  Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması  uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək  tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış   Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yoldan ətraflı danışdı. A.Nəbiyev YAP Qazax rayon təşkilatının yaranma tarixindən, mövcud durumundan, partiyanın VII Qurultayından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsindən geniş bəhs edərək, tədbir iştirakçılarını yubiley münasibətilə təbrik etdi və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzuladı. 
     Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin Başçısı  Rəcəb Babaşov ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin düşdüyü acınacaqlı durumu, mövcud özbaşınalıqları, xaos və anarxiyanı bir daha xatırladaraq, o dövrdə nicat yolunun ancaq və ancaq Ulu Öndər    Heydər Əliyevdə olduğunu xüsusi vurğuladı. Rayon İcra Hakimiyyətinin Başçısı məhz, həmin dövrdə “Məşhur 91-lər” adlanan bir qrup ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciət etdiyini, çox çətin və ağır şəraitdə Yeni Azərbaycan Partiyasının yarandığını qeyd etdi. Rayon İcra Hakimiyyətinin Başçısı Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanımızın memarı olan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan naliyyətlərindən geniş bəhs etdi və tədbir iştirakçılarını yubiley münasibətilə təbrik etdi.       
Daha sonra   partiya veteranlarından Həmid Pənahov, Bəsti Ələkbərova, Nəsibə Tağıyeva,  neftçi - şair Zaməddin Ziyadoğlu, gənc partiya üzvü          Fəridə Xuduyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən   alternativsiz bir partiya olduğundan, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini  təbrik etdilər və onlara uğurlar arzuladılar.          
     Tədbirdə Qazax Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış etdilər.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi, yüksək siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvü Fəxri Fərmanlarla təltif olundu.


Tarix: 24-07-2023, 15:45 Oxunub: 464


Bölməyə aid digər xəbərlər