21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında 8 noyabr - Zəfər Gününə, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.

    5 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan  Partiyası Qazax rayon təşkilatında ərazi partiya təşkilatı sədrlərinin, partiya veteranlarının və  fəallarının, iştirakı ilə 8 noyabr - Zəfər Gününə, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildirərək abidələri önünə tər çiçəklər düzdülər. 
Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və  Ulu Öndərimiz, Dahi Rəhbərimiz Heydər Əliyevin, həmçinin ərazi bütövlüyümüzün təmin olunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açdı və geniş məruzə ilə çıxış etdi. 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsinin Şanlı Zəfərlə başa çatmasından, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağı işğaldan azad etməsindən, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulmasından, insanlarımızın doğma Qarabağımıza yenidən qovuşmasından ətraflı danışdı. Rayon təşkilatının sədri “Dəmir yumruq”, “Qisas”, “Qətiyyətli cavab” əməliyyatlarından da geniş bəhs etdi. A.Nəbiyev öz çıxışında üçrəngli bayrağımızın yenidən işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan Şuşada dalğalanmasını xüsusi vurğulayaraq, Qələbənin əldə olunmasında öz qəhrəmanlıqları, igidlikləri ilə əbədi olaraq yaddaşlara həkk olunmuş şəhidlərimizə rəhmət, qazilərimizə, veteranlarımıza can sağlığı dilədi. A.Nəbiyev 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar ətraflı məlumat verərək, tədbir iştirakçılarını tarixi günlər münasibətilə təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə Qazax Tarix Diyarşunaslıq Muzeyinin direktoru Gülnaz Alışanova, Partiya veteranı Fərhad Qocamanov, Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi Akif Cabbarov, YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini Afət Eyyubova, Partiya veteranı, şair Cavanşir Rüstəm hər iki tarixi günlərlə bağlı çıxış etdilər.
Tədbir iştirakçıları  Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında ədəbi – bədii kompozisiyaya tamaşa etdilər.
Sonda Yeni Azərbaycan Partiyasının  təsis edilməsinin 30 illik yubileyi müasibətilə patriya veteranları, patriya fəalları və Yeni Azərbaycan  Partiyasının  yaranmasının 30 illiyinə həsr olunmuş sərbəst güləş, Yunan-roma güləşi üzrə zona turnirində I və II yerləri tutan idmançılar  Fəxri fərmanla təltif olundular.


Tarix: 5-11-2022, 13:42 Oxunub: 377


Bölməyə aid digər xəbərlər