11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazaxda 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

    “Bir ağacı əkib - böyütmək, bir övladı böyütməyə bərabərdir.” Bəli, bu müdrik kəlamlar Ulu Öndər, Dahi Rəhbər Heydər Əliyevə məxsusdur.
Müasir, müstəqil, demokratik Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasıının yaradıcısı, qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, yeni - yeni yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmiş və bu sahədə çox önəmli addımlar atılmışdır. Bu gün bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin ənənələri, dəsti - xətti Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
   2023-cü il “Heydər Əliyev İli “ çərçivəsində respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da silsilə tədbirlər davam etdirilir. Belə tədbirlərdən biri mart ayının 3-də Qazax rayonunun şəfalı guşəsində Xanlıqlar kəndində Meşə Fondu ərazisində keçirildi.
   Belə ki, Qazax rayon İcra Hakimiyyəti ilə birgə YAP Qazax  rayon təşkilatının 200-dək fəallarının və könüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirildi. Aksiya iştirakçıları tərəfindən 300 Eldar şamı, 250 Sərv ağacı, 150 Tuya, 100 Xan Çinarı, 100 Ərik ağacı və 100 Badam ağacı olmaqla, bütövlükdə 1000 ağac əkildi. Bununla da partiya fəalları ölkəmizdə həyata keçirilən ağacəkmə, yaşıllaşdırma işlərinə öz töhfələrini verərək,  Ulu Heydər Əliyev ənənələrinə sadiq qaldıqlarını və Ümummilli Liderə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirdilər.


Tarix: 3-03-2023, 12:41 Oxunub: 366


Bölməyə aid digər xəbərlər