05.10.2026-cı il tarixində 1 nəfər (kişi) klinik ölüm həddində, komatoz vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2005-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yaraları diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmətlər göstərilib.
Həmin tarixdə pasiyent üzərində sol torakotomiya, perikardiotomiya, və diaqnostik laparotomiya əməliyyatları icra edilib.
Həkim-cərrahlar Vasif Məmmədov, Əşrəf Novruzov və həkim-anestezioloq Şahin Allahverdiyevdən ibarət briqada tərəfindən icra edilən əməliyyat uğurla başa çatıb.
Müalicə prosesini uğurla başa vuran və vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs 30.10.2026-cı il tarixində ambulator müalicə üçün evə buraxılıb.
Bölməyə aid digər xəbərlər















