21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu

Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında kütləvi dava düşüb.

Hadisə ötən axşam Xətai rayonu Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb. Belə ki, hadisə nəticəsində 19 yaşlı Elmir Nəsirov bədəninin 5 nahiyəsindən xəncər zərbəsi alıb. Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, pasiyent təcili tibbi yardım briqadası ilə çoxprofilli xəstəxanaya təxliyə olunub: “2005-ci il təvəllüdlü şəxs oktyabrın 17-də saat 19:35-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ambulator olaraq müraciət edib və həkim-neyrocərrah tərəfindən müayinə olunub. Hər iki bud və sol baldır nahiyədə  kəsilmiş-deşilmiş yara diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmət göstərilib. Pasiyent təcili tibbi yardım briqadası ilə çoxprofilli xəstəxanaya təxliyə olunub”.

Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.



Tarix: 18-09-2024, 13:51 Oxunub: 66


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı