02 oktyabr 2026-cı il tarixində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Oğuz rayonunda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib.
Yarışma Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru, M.F. Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzi və Oğuz rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
M.F. Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İntellektual bilik yarışmasında Oğuz rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərini təmsil edən 19 komanda iştirak edib. Yarış zamanı komandalar müxtəlif mövzular üzrə sualları cavablandıraraq bilik və dünyagörüşlərini nümayiş etdiriblər.
Yarışmanın nəticələrinə əsasən:
I yer — Oğuz rayon Sincan kənd tam orta məktəbi
II yer — Oğuz rayon Ərmənət kənd tam orta məktəbi
III yer — Oğuz rayon Baş Daşağıl kənd tam orta məktəbi
Qalib komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla, həmçinin sponsorlar tərəfindən müxtəlif hədiyyələrlə təltif olunublar.
Tədbirdə müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu vurğulanıb. Müəllimlər 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib, onlara möhkəm cansağlığı, ailə səadəti, pedaqoji fəaliyyətlərində uğurlar və yetirmələrinin nailiyyətlərindən daim qürur duymaları arzulanıb.
Tədbirin təşkilinə Oğuz rayon Mərkəzi Kitabxanası və Oğuz rayon Mədəniyyət Mərkəzi tərəfindən dəstək göstərilib. Tədbirə “Cine Cafe” və “Dadmalı” Şirniyyat Evi tərəfindən sponsor dəstəyi göstərilib.
Tədbirdə ümumilikdə 90 nəfər iştirak edib.
Bölməyə aid digər xəbərlər















