Şəkidə intellektual bilik yarışı keçirilib

Avqustun 11-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və ETİHİ Şəki Şəhər Komitəsinin dəstəyi, Təhsil Oyunları Platformasının təşkilatçılığı ,Mide Azərbaycanın tərəşdaşlığı ilə “Halva, halva deməklə...” adlı  ilk dəfə intellektual quiz yarışı keçirildi

Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan yarışda təhsil işçilərindən, eləcə də müxtəlif dövlət və özəl qurumlarda çalışan gənclərdən ibarət komandalar iştirak ediblər.

Bilik yarışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

12 komandanın mübarizə apardığı yarışın nəticələrinə əsasən, müəllimlərdən ibarət “Maestro” komandası I yerə, Şəki şəhər 8 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərindən ibarət “Ares” komandası II yerə, Şəki şəhər 18 nömrəli tam orta məktəbinin “Çələbi Xan” komandası isə III yerə layiq görülüb.

Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bilik yarışının keçirilməsində məqsəd təhsil işçilərinin və gənclərin intellektual dünyagörüşünün inkişaf etdirilməsi, müxtəlif dövlət və özəl qurumlarda çalışan gənclər arasında sosial əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərilməsidir.



Tarix: Bu gün, 06:40 Oxunub: 163


Bölməyə aid digər xəbərlər