Şəki şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş gənclər arasında “Nə? Harada? Nə Zaman?” intellektual oyunu keçirilmişdir.
Oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin və Şəki regional "ASAN xidmət "mərkəzinin birgə təşkilatçılığı ilə 22 iyul 2026-ci il tarixində keçirilmişdir.
Oyunda 9 komanda iştirak etmişdir.
Onlardan:
🥇 1-ci yerə - Maestro komandası 12 xal
🥈 2-ci yerə - Old School komandası 9 xal (188 reytinq balı )
🥉 3-cü yerə -Pedaqoqlar komandası 9 xal (186 reytinq balı)layiq görülmüşdür.
Oyunda 50 nəfər iştirak etmişdir.
Qalib gələn komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin kubok və medal ilə mükafatlandırılmışdır.
Bölməyə aid digər xəbərlər















