Şəkidə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş intellektual oyun keçirilib

    23 aprel 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatı və "Peşə Təmayüllü Siniflər" layihəsinin birgə təşkilatçılığı ilə Şəki şəhərində şagirdlər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan bu yarışda rayonda fəaliyyət göstərən 10 peşə təmayüllü sinfin şagirdləri mübarizə aparıblar.

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib .

    Gərgin intellektual mübarizə şəraitində keçən oyunda iştirakçılara ümumilikdə 36 sual təqdim olunub. Sualların cavablandırılması nəticəsində qaliblər aşağıdakı ardıcıllıqla müəyyənləşib:

      Birinci yer: 36 sualdan 18-ni düzgün cavablandıran 12 nömrəli tam orta məktəbin komandası;

      İkinci yer: 16 xal və 301 reytinq xalı ilə 7 nömrəli tam orta məktəbin komandası;

      Üçüncü yer: 16 xal və 294 reytinq xalı ilə Qoxmuq kənd tam orta məktəbinin komandası.

      İntellektual oyunun keçirilməsində əsas məqsəd gənclərin intellektual səviyyəsini yüksəltmək, onlarda komanda ruhunu aşılamaq və Ümummilli Lider Heydər Əliyevin zəngin irsini gənc nəsil arasında təbliğ etməkdir.


Kamran İsayev

Şəki rayon Kiş kənd H.Əliyev adına 1 nömrəli tam orta məktəbin 

Peşə Təmayüllü Siniflər layihəsi üzrə qrup rəhbəri, 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının

 Şəki şəhəri üzrə koordinatoru


Tarix: Bu gün, 20:52 Oxunub: 86


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930