16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
"Kitablar ən yaxın dostumuzdur" adlı tədbir keçirilib

      14 fevral 2026 - ci il Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin  təşəbbüsü və təşkilatçılığı  ilə  Azərbaycan Milli QHT Forumunda "14 fevral-  Beynəlxalq

Kitab Bağışlanma Günü" münasibəti ilə

 "Kitablar ən yaxın dostumuzdur" adlı tədbir keçirilib.  Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin dəstəyi ilə işıq üzü görən kitablardan 100 - dənəsi tələbələrə, məktəblilərə, kitabsevərlərə  təqdim olunub. Mirvarid Dilbazi Poeziya Məclisi İB tərəfindən  2024- cü il 14 fevralda İmişlidə fəaliyyət göstərən Diferensial Təhsil və Tədris Mərkəzinə 100 kitab,  2025- ci il  14 fevralda   Xəzər Universitetində 100 tələbəyə kitab bağışlanıb. Ənənə davam edir və davam edəcək. Belə tədbirlərin keçirilməsi, kitabların bağışlanması dilimizin özəlliyini, gözəlliyini qoruyur, gənclırin mütaliə vərdişlərini artırır, nitqini zənginləşdirir.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri Güllü Eldar Tomarlı tədbir haqqında 

məlumat verdi.

Xətai Rayon Ağsaqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, məzarsız şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, şəhid Hüseyn Məmmədovun bacısı Aybəniz Camalova, Prezident təqaüdçüsü, əmək qəhrəmanı  Tərlan Musayeva, araşdırmaçı Tahir Şirvanlı, məclisin üzvü Qulu Əliyev,  şairlərdən Arzu Tahirqızı, Vüsalə Cəfərova maraqlı çıxışlar etdilər, kitab haqqında danışdılar, yazarlar kitablarını tədbirdə iştirak edən  məktıblilırə, tələbələrə bağışladılar.

   Respublika Uşaq Gənclər inkişaf Mərkəzinin müəllimi, şair, publisist, b ədii qiraət dərnəyinin üzvləri və N,Nərimanov 39 saylı məktəbin şagirdləri

Bakı şəhəri 225 saylı məktəbin təşkilati işlər üzrə direktor müavini, ''Kiçik Akademiya'' nın rəhbəri, Türk dünyası araşdırmaları Beynəlxalq instutunun Fəxri profes Zenfira Nusalova və şagirdləri, Bakı şəhəri 66 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Azadə Quliyeva və şagirdləri, ''Əb əbi Tədbirlər Birliyi'' nin rəhbəri, rejissor Poad Ağa İbrahimov öz çıxışarı ilə, poeziya nümunələri ilə alqışlarla qarşılandı.

Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin məsləhəti və mənəvi dəstəyi ilə işıq üzü görən 100 kitab kitabsevərlərə hədiyyə verildi.

Sonda Güllü Eldar Tomarlı Azərbaycan Milli QHT Forumunun rəhbərliyinə, əməkdaşlarına, tədbir iştirakçılarına təşəkkürünü bildirdi və qeyd etdi ki, təşkilatımız tərəfindən artıq ənənə halını almış ''14 Fevral Beynəlxalq Kitab Bağışlama  Günü'' hər il qeyd olunacaq və kitabsevərlərə ktab bağışlanacaq.



Tarix: 15-02-2026, 08:15 Oxunub: 128


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031