19 iyun 2025-ci il tarixdə Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M. Ş. Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M. Ş. Vazeh adına Mərkəzi Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə xanım Məmmədova açaraq qonaqları salamladı.
Lətifə xanım Türkiyədən təşrif buyurmuş dəyərli alimlərimiz Selvıgül Şahinin və Süheyla Karacanı xüsusi olaraq qeyd etdi və hörmətli qonaqlarımızı salamlayaraq xoşgəldin söylədi.
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş ŞƏHİDLƏRİMİZİN xatirəsini bir dəqiqəlik sükütla andılar.
Filologiya elmləri doktoru, professor Esmira Fuad və BDU-nun professoru Yeganə İsmayılova xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdikdən sonra muğam ustası, respublika və beynəlxalq müsabiqələr laureatı, xanəndə Maya Cəbrayılovanın çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılandı.
Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən vdeoçarx izlənildikdən sonra çıxış edən natiqlər: politolq Reyhan Mirzəzadə, Qadirr Hüseynov, 225 saylı məktəbin direktoru Zenfira Nusalova və başqaları Bəxtiyar Vahabzadə haqqında ürək sözlərini söyləyərək, onun şeirlərindən parçalar söylədilər.
Balaca Tunay Həsənovun Azərbaycan-Türkiyə haqqında söylədiyi şeir də tədbir iştirakçılarının rəğbətini qazandı. Norveçdə Azərbaycanı təbliğ edən Günay Əliyevanın, Aytəkin Mehmanqızının, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərovanın çıxışlarını da iştirakçılar maraqla izlədilər.
Türkiyədən təşrif buyurmuş dəyərli alimlərimiz Selvıgül Şahin və Süheyla Karaca öz çıxışlarında Bəxtiyar Vahabzadənin qardaş Türkiyədə də sevildiyini və onun bütün türk dünyasının şairi olduğunu qeyd etdilər.
Xan Şuşinski adına Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin kollektivinin üzvləri ruha qida verən muğamlarımızla Tədbir iştirakçılarını feyziyab etdilər.
Lətifə xanım Məmmədova Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M. Ş. Vazeh adına Mərkəzi Kitabxanasının Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında keçirilmiş şeir, inşa və esse müsabiqələrinin qaliblərini təqdim edərək onlara diplom və təşəkkürnamələr təqdim etdi. Həmçinin Ağdam rayon Muğam Uşaq Musiqi Məktəbinin bir sira üzvləri də muğamlarımızın təbliğində fədəkar əməklərinə görə diplom və təşəkkürnamələrlə təltif olundular.
Lətifə Məmmədova bu tədbirin ərsəyə gəlməsində və təşkilində böyüı əməyi olan Mahmud Kaşqari adına Beynəlxalq Fondun əməkdaşı, Filologiya üzrə Fəlsəfə doktoru Xəyalə Əfəndiyevaya və Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərovaya təşəkkür etdi.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.
Bölməyə aid digər xəbərlər
















