Xuraman Muradovanın "Əsrə bərabər 20 il" və "Əsrin qəhrəmanı olan Komandan" adlı kitablarının təqdimatı keçirildi

 Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar Birliklərinin fəxri üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradovanın Qarabağın Fatehi, Müzəffər Ali Baş Komandana həsr olunmuş "Əsrə bərabər 20 il" və "Əsrin qəhrəmanı olan Komandan"  adlı kitablarının təqdimatı və müzakirəsi keçirildi.

Xuraman Muradova haqqında qısa məlumat:

     Əslən Laçın rayonundan olan Xuraman İsmayıl qızı Muradova   1965-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub.
1972- 1982-ci illərdə orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbdə ədəbiyyata və rəssamlığa böyük meyli olan Xuraman İsmayıl qızı başqa fənləri də əla qiymətlərlə oxuduğundan elə 1982-ci ildə Azərbaycan Dövlət Memarlıq Üniverstetinə daxil olub və 1987-ci ildə memar-mühəndis kimi oranı yüksək qiymətlərlə bitirib.
1990-cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Daha sonra sahibkarlıqla məşğul olmağa başlayıb. Əvvəlcə “Laçın” Kiçik müəssisəsini yaradıb. Bu müəssisəyə rəhbərlik elədiyi dönəmlərdə “Laçın” Kiçik müəssisəsinin nəznində 2009-cu ildən “Laçın” Klinikasını yaradıb. 2014-cu ildə isə “Milan” Hospitalını yaradıb.
     Xuraman xanım uzun illərdir ki, tibb sahəsində çalışır, bir sahibkar kimi xalqımıza bu müqəddəs yolda xidmət edir.    Oksford Akademiyasının fəxri professoru, Avropa Tibb Assosiasiyasinin və EPMA-nin fəxri üzvüdür.

      Xuraman İsmayıl qızı Muradova şərəfli, qeyrətli və xeyirxah iş qadını olmaqla yanaşı, həm də istedadlı şairədir. Hələ doqquzuncu sinifdə oxuduğu illərdən bədii yaradıcılıqla məşğul olsa da, son illərə qədər yazdığı şeirləri mətbuat səhifələrinə çıxarmayıb. Xalq şairi Nəriman Həsənzadə və Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu israrla ona şeirlərini çap etdirməyi rica etdikdən sonra müxtəlif mətbuat səhifələrində və internet portallarında bir-birinin ardınca bır neçə şeiri işıq üzü görüb. Həmin şeirlər oxucular tərəfindən böyük maraqla qarşılanıb. Qısa bir müddətdə Xuraman Muradovanın imzası ədəbiyyatsevərlər arasında məşhurlaşıb. O, Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Bir neçə dəfə fəxri fərman və mükafatlarla təltif olunub.
O cümlədən, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında “Türk Dünyasının Onur” medalına, Azərbaycan Respublikası “Təhsil” Mərkəzi tərəfindən “Abdulla Şaiq” mükafatına, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən “Xurşid Banu Natəvan” mükafatına, “Borçalı” nəşriyyatı və “Zirvə” İnformasiya Mərkəzi tərəfindən “Zirvə” mükafatına layiq görülüb.
   
 Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə  “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu” nun iqamətgahında keçirilən, Xuraman Muradovanın müəllifi olduğu  "Əsrə bərabər 20 il" və "Əsrin qəhrəmanı olan Komandan"  adlı kitablarının təqdimatında  Professor Aktotı Raimkulova,     xalq yazıçısı,  Azərbaycan Yazıçılar Birliyinin müavini  Çingiz Abdullayev, Özbəkistan respublikasının ölkəmizdəki səfiri Bahrom Aşrafxanov,  Türkiyə səfiri Birol Akgün, Şimali Kipr səfiri Ufuk Turganer, Özbəkistan Dövlət Universitetinin professoru Gülbahor Ashurova,  Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Gayrat Majid,  İlqar Türkoğlu, Qazaxıstan səfirinin müavini Yedil Myrzakhanov, Özbəkistan Pedaqoji Universitetini təmsil edən Dilorom Adilova, millət vəkilləri    Vüqar İsgəndərov və   Elnarə Akimova, Ədəbiyyat qəzetinin baş redaktoru   Azər Turan,  Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri,  EdNews TV-nin əməkdaşı  Gülşən Behbud, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "Elmi-məlumat və təşkilati metodik"  bölməsinin rəhbəri,   tibb  üzrə   fəlsəfə doktoru  Yazgül Abdıyeva,  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü,  filologiya  elmləri  doktoru  Esmira Fuad, yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru,  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi  Natəvan Dəmirçioğlu və digər şəxslər, media nümayəndələri iştirak etdilər.

   Tədbirdə çıxış edən natiqlər Xuraman Muradovanın yaradıcılığından və  Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti,  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin  rəhbərliyi ilə cəmi 44 gün ərzində şanlı Azərbaycan Ordusunun Qələbəsindən danışdılar.

     Maraqlı diskusiyalarla keçən tədbir alqışlarla qarşılandı.

     Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

    Biz də ATİA.AZ saytının yaradıcı kollektivi  adından Xuraman xanıma şəxsi həyatında, əmək fəaliyyətində, eləcə də, bədii və məşəqqətli yaradıcılıq yollarında böyük uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq.


Tarix: Вчера, 22:07 Oxunub: 165


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı