22:43 / 21-04-2026
Azərbaycanın qəhrəman oğlu Vasif Tağıyev
10:58 / 21-04-2026
Beynəlxalq görüşlərdə Azərbaycan qadınının güclü təmsilçiliyi və qadın həmrəyliyi nümunəsi
22:31 / 20-04-2026
Ürəyi dayanan xəstəni həkimlər xəstəxananın həyətində həyata qaytarıb
19:16 / 18-04-2026
"Şuşa fatehi – Yunis Kazımov” kitabının təqdimatı keçirildi
16:17 / 17-04-2026
Qazaxda ağacəkmə aksiyası keçirilib
20:00 / 16-04-2026
Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə və vəfatının 39-cu ildönümünə həsr olunmuş tədbir keçirildi
09:44 / 14-04-2026
''Şuşa fatehi - Yunis Kazımov'' kitabınln təqdimatı keçiriləcək
09:36 / 14-04-2026
Anar Nəbiyev: "Əsl ziyalı, böyük alim"
13:39 / 13-04-2026
Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub
10:01 / 13-04-2026
Esmira Şıxməmmədova: Əsl Azərbaycan qadını, əsl ziyalı, əsl alim
15:30 / 08-04-2026
Anar Nəbiyev: "Azərbaycan-Gürcüstan əlaqələri dərin tarixi köklərə malikdir"
10:24 / 08-04-2026
Cavahir Əhmədova: "Azərbaycan və Gürcüstan hər zaman bir yerdədir"
13:16 / 07-04-2026
AZƏRBAYCANIN XALQ YAZIÇISI FƏXRİ PROFESSOR SEÇİLDİ
16:15 / 03-04-2026
Qazaxda Aprel döyüşləri şəhidlərinin xatirəsi ehtiramla yad edilib
09:08 / 01-04-2026
Körfəzdə şahmat taxtası - İran-ABŞ-İsrail müharibəsinin açılışdan sonluğa qədər şahmat prizmasında böyük təhlili
16:08 / 31-03-2026
"Yaddaşlarda yaşadılan gün" - Polad Ağakişiyev
15:59 / 31-03-2026
Qazaxda Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib
12:02 / 31-03-2026
Anar Nəbiyev: "Mülki əhaliyə qarşı törədilmiş soyqırımı"
18:49 / 28-03-2026
Almaxanım Əhmədli TRT-də yeni layihədə...
18:17 / 24-03-2026
"Axır ki, mənə də sahib çıxan tapıldı..."
08:52 / 24-03-2026
Cavadov Habil Əsgər oğlunun sənət bağçasından bir neçə yarpaq
17:01 / 20-03-2026
Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib
14:31 / 20-03-2026
"Novruzun rəngi, ruhu və sənət nəfəsi" – İmişlidə möhtəşəm bayram tədbiri
16:26 / 19-03-2026
Xəyalə Dadaşova “Fəxri Professor” elmi adı və “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib
16:17 / 19-03-2026
Qazaxda Bağanıs Ayrım qətliamı qurbanlarının xatirəsi ehtiramla anılıb
19:00 / 18-03-2026
225 nömrəli məktəbdə Novruz ənənələrinə bağlılıq...
09:35 / 18-03-2026
Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib
13:39 / 16-03-2026
Anar Nəbiyev: "Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olub"
10:15 / 16-03-2026
Mehman Ballayev: "Azərbaycan öz prinsipial mövqeyini bir daha bəyan etdi"
İSTEDADLI ALİM, YORULMAZ TƏDQİQATÇI
Bu gün, 01 yanvar 2021-ci ildə ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Akademik Mehdi Mehdizadə", “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatı Fərrux Abbas oğlu Rüstəmovun anadan olmasının 60 ili tamam olur.
2003-cü ildə “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi alan Fərrux Rüstəmov 2006-cı ildən ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının professorudur. 2007- ci ildən ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, fakültə elmi şurasının sədri, Universitet Elmi Şurasının üzvüdür.
ATİA.AZ BU TƏBRİKLƏRƏ QOŞULUR VƏ FƏRRUX MÜƏLLİMƏ SAĞLAM ÖMÜR, YARADICILIQ UĞURLARI ARZU EDİR.
Bölməyə aid digər xəbərlər
Əziz dostumu, qələm yoldaşımı, həmkarım Fərrux müəllimi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, yeni-yeni davamlı yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayıram.
İSTEDADLI ALİM, YORULMAZ TƏDQİQATÇI...
ADPU-nun İbtidai Təhsil Fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov Azərbaycan pedaqoq-alimləri içərisində öz dəsti-xətti, yaradıcılıq üslubu və elmi məhsuldarlığı ilə seçilən tədqiqatçılarımizdandır. Mükəmməl pedaqogika tarixçisi olan professor Fərux Rüstəmov Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Hüseyn Əhmədov elmi məktəbinin ənənələrini peşəkarlıqla inkişaf etdirərək, məzmununu, elmi əhatə dairəsini genişləndirməklə daha yüksək zirvəyə qaldırmağa nail olmuşdur. İşgüzarlığı, yaradıcılıq əzmi, insanlarla ünsiyyəti, geniş erudisiyası, elmi prinsipiallığı, təvazökarlığı, səmimiyyəti, dövlətçiliyə sədaqəti və məhsuldar elmi yaradıcılığı ilə seçilən prof. Fərrux Rüstəmov çağdaş pedaqoji mühitimizdə bəlli elmi mövqeyə və səlahiyyətli söz sahibinə malik alimdir. Professor Misir Mərdanovun təbirincə desək, o, gənc yaşlarından Azərbaycan təhsilinin tarixinə və tarixçisinə çevrilib.
Fərrux Abbas oğlu Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində dünyaya gəlib. Orta təhsilini (1968-1978) dogma kəndələrində, ali təhsilini (1978-1982) indiki ADPU-da alıb. Tələbəlik illərində təhsil əlaçısı kimi tanınıb, fakültə Əlaçılar şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub, “Əla təhsilə görə”,“Əla təhsilə və ictimai işə görə” SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunub. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi Lenin təqaüdünə layiq görülüb. İnstitutu fərqlənmə diplomu ilə başa vuran F.Rüstəmov təyinatla Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbində müəllim və məktəb direktoru (1982-1985-ci illər) işləyib.
Orta məktəbdə müəyyən təcrübə topladıqdan sonra arzularının qanadında Bakıya gələrək V.İ.Lenin adına ADPİ-nin pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə əyani aspiranturasına daxil olub. Qısa bir müddətdə sürətli yaradıcılıq yolu keçib. prof. H.Əhmədovun elmi rəhbərliyi ilə “Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər) (1989)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, SSRİ EA-nın Sovet Sosioloqları Assosiasiyasının üzvü seçilib (1988).
ADPU-nun “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayan F.Rüstəmov az sonra Ümumi pedaqogika kafedrasına dəyişdirilib. Burada müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) kimi geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Ayrı-ayrı vaxtlarda “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasına (1996-2000), “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının “pedaqogika, psixologiya, fəlsəfə” bölməsinə (2000-2004), Bakı Qızlar Universitetinin Pedaqogika kafedrasına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasına (2007-2011) və “Pedaqoji təhsilin problemləri” elmi-tədqiqat laboratoriyasına (2008-2011) rəhbərlik edib.
Professor Fərrux Rüstəmovun elmi yaradıcılığı çox zəngindir. İndiyə kimi onun 35 monoqrafiya, kitab və kitabcası, 31 tədris proqramı, 250-dən çox elmi məqaləsi, 40 tezisi, 180-dən artıq elmi-pedaqoji və publisistik qəzet mqaləsi işıq üzü görüb. 15 kitabın tərtibcisidir.100-ə yaxın kitabın elmi redaktoru və rəyçisi olub. Onun “Pedaqogika” (prof.Ə.Paşayevlə birgə) (2002), “Şərqdə pedaqogika tarixi” (2002), “Qərb pedaqogika tarixi” (2003), “Yeni dovrün pedaqogika tarixi” (2004), “Ən yeni dovrün pedaqogika tarixi” (2005), “Pedaqogika tarixi” (2006,2011), “Ali məktəb pedaqogikası” (2007), “Azərbaycan pedaqogikaşünaslığı” (2016), “Karl Rocers və şəxsiyyətyönümlü təhsil konsepsiyası” (2016) əsərlər tələbələrin stolüstü kitabıdır. Əsərləri Bakı, Moskva, Səmərqənd, Ceboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində cap edilmişdir. Akademik Hüseyn Əhmədov öz yetirməsinin yaradıcığını səciyyələndirərkən yazırdı ki, belə bir əsərləri yazmaq igidlikdir, elmə xidmətdir, böyük zəhmətin nəticəsidir... Fərrux muəllim təkcə “Azərbaycan pedaqogikaşünaslığı”(2016, 888 s.) kitabı ilə özunə sağlığında ikən abidə ucaltmışdır. Professor Yaqub Babayev isə deyirdi: “XX əsrin əvvəllərində F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ücün təkbaşına gördüyü işi Fərrux müəllim pedaqogika tarixi üçün XXI yüzilliyin əvvəllərində eyni həvəsvə əzabkeşliklə yerinə yetirmişdir.
Rusiya Təhsil Akademiyası prof.F.Rüstəmovun akademik Huseyn Əhmədovla birgə yazdığı “Müasir dövrdə Azərbaycanda təhsilin inkişafının əsas istiqamətləri” (Moskva, 2000) əsərini nəşr etmişdir. İlk pedaqoq alimdir ki, onun kitabı İran İslam Respublikasında nəşr olunmuşdur. 2010-cu ildə Tehranın “Xorşidafərin” nəşriyyatı onun “Pedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə” kitabını (377 s.) nəşr etmişdir. “Yarımcıq ömrün sahibi” (2000) və “Professor Əmrulla Paşayev” (2015), “Pedaqoji fakültə-50” kitablarının tərtibci-müəllifi olan prof.F.Rüstəmov elmi pedaqogikanın banisi Y.A.Komenskinin “Böyük didaktika” əsərinə geniş “Ön söz” yazmaqla latın qrafikası ilə nəfis şəkildə nəşr etdirmişdir (2012). “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan cildi”ndə pedaqogika elmi haqqında xüsusi oçerkin yazılmasının ona həvalə edilməsi onun yüksək nüfuzunun, intellektual səviyyəsinin təsdiqi kimi dəyərləndirilməlidir.
Son illərdə intensiv olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetrinin tarixini araşdırmaqla məşğuldur. Araşdırmalarının nəticəsi kimi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” (2019), “Ali Pedaqoji İnstitutun salnaməsi” (2020), “Azərbaycan Ali Pedaqoji İnstitutu” (2020) kitabları nəşr olunub. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları” və “Azərbaycan Dövlət Pedaqoji Universiteti -100” kitabları çapa hazırlanır.
Son illərdə prof.F.Rüstəmovun yaradıcılığında yeni bir istiqamət - yaşlıların təhsili məsələləri formalaşmaqdadır. Bu problemlə bağlı o, Rusiya, Yunanıstan, Albaniya, İtaliya, Finlandiya, İsveç, Norveç, Danimarka, Estoniya, İspaniya və Portuqaliyada kecirilən Beynəlxalq konfranslarda iştirak etmişdir.
Prof. Fərrux Rüstəmov bacarıqlı təşkilatçı və ictimaiyyətçi kimi universitetimizin və Respublikamızın ictimai həyatında fəal iştirak edir. O, universitet və respublika səviyyəli elmi-praktik konfransların, yubiley tədbirlərinin təşkilatçısı kimi tanınır. Məhz onun təşəbbüsü ilə görkəmli pedaqoq alimlər Mərdan Muradxanovun, İsfəndiyar Vəlixanlının 100 illik yubileyləri və rəhbəri olduğu fakültənin 50 illiyi yüksək səviyyədə keçirilmişdir.
Prof. F.Rüstəmovun elmi-pedaqoji kadr hazırlığında səmərəli xidmətləri vardır. O, 3 nəfərin elmlər doktoru, 18 nəfərin pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq ücün təqdim etdiyi dissertasiyanın rəsmi opponenti olmuşdur. Onun elmi rəhbərliyi ilə 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, 5 nəfər isə müdafiə ərəfəsindədir. 3 nəfər elmlər doktoru, 8 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya üzərində işləyir. Elmi məsləhətçiliyi ilə 2 nəfər pedaqoji elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq disseertasiyası müdafiə etmişdir.
Prof.F.Rüstəmov 1997-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil İnstitutunda və ADPU-da fəaliyyət gostərən umumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olmuşdur. 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini olmuşdur. Hazırda Dissertasiya Şurasnın üzvü, həmin şuranın nəzdində fəaliyyət göstərən elmi seminarın rəhbəridir.
Professor F.Rüstəmov ADPU-nun “Xəbərlər”inin “Kurikulum”, “Təhsildə İKT”, “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Dədə Qorqud araşdırmaları”, “Media və təhsil innovasiyaları”, “Bakı Qızlar Seminariyasının Elmi Xəbərləri”nin, “Təhsil İnstitutunun Elmi Xəbərləri”nin və “Naxçıvan” Universitetinin Elmi xəbərləri”nin redaksiya heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərir.
Təhsillə bağlı normative-hüquqi sənədlərin hazırlanmasında yaxından iştirak edən prof. F.Rüstəmov Azərbaycan Respublikası Milli Məclisinin “Elm və Təhsil Məsələləri Daimi Komissiyası”nın təhsil haqqında Azərbaycan Respublikasının Qanununu hazırlayan işçi qrupunun, Azərbaycanda müəllim kadrları hazırlığının strategiya və konsepsiyasını hazırlayan işçi qrupunun, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, “Həyat bilgisi” fənn kurikulumunu hazırlayan işçi komissiyasının sədri olmuşdur.
Prof. Fərrux Rustəmovun coxşaxəli elmi-pedaqoji fəaliyyəti dovlət və ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə “Tərəqqi medalı”na layiq görülmüş, 2011-ci ildə isə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 1998-ci ildə Moskva şəhərində yerləşən Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, 2010-cü ildə isə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatıdır. “Avropa Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2009), Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işcisi” (2010) döş nişanı ilə təltif edilmiş, “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları”, ADPU-da “İlin muəllimi” (2007), “İlin alimi” (2011,2013,2015) müsabiqələrinin qalibi olmuşdur.
Professor F.Rüstəmov atam, akademik Hüseyn Əhmədovun 50 nəfər yetirməsindən biri olsa da, atamın ona xüsusi hüsn-rəğbəti vardı. Bəlkə də bu, hər ikisinin də atalarını vaxtsız itirməsi, əzab-əziyyətlə elm yoluna gəlmələri ilə bağlı idi. Atam Fərrux müəllimin ən xırda uğuruna sevinir, fərəhlənir, kitablarına həvəslə ön söz yazır, onun yaradıcılığını təqdir edir, xüsusən də publisistikasını bəyənir və bizlərə nümunə çəkirdi. Hər tədqiqatçı alim də ümumi kütlə üçün anlaqlı səviyyədə yaza bilmir. Fərrux müəllim bu qabiliyyəti ilə digərlərindən daim seçilib. Elmi yaradıcılığının davamını onda görürdü. Seçdiyi peşənin, mənsub olduğu elmin layiqli təmsilçisinə çevrilən Fərrux müəllimi atam keçən əsrin 80-ci illərində pedaqogika elminə gələn tədqiqatçıların birincisi hesab edir, yetirməsi ilə daim qürür duyub və bunu fəxrlə elmi məclislərdə qeyd edirdi. Fərrux müəllim həmişə olduğu kimi atamın ömrünün son günlərində də tez-tez bizə gələrdi, söhbət yenə elmdən, görüləsi işlərdən, yazılacaq əsərlərdən olanda o, yenidən böyük həvəslə bildiyini, xatirələrin bölüşməkdən məmmunluq duyurdu.
Mən Fərrux müəllimi tanıyanda 26 yaşında idi. Həmin günlərdən xeyli vaxt keçib. İndi əziz dostumun 60 yaşı tamam olur. Hesab edirəm ki, onun ömür yolu uğurlu və məhsuldar keçməklə, zəhməti və istedadı nəticəsində şöhrətin zirvəsinə yüksəldib. Bu münasibətlə əziz dostumu və həmkarımı ürəkdən təbrik edir, yeni-yeni davamlı yaradıcılıq uğurları arzulayıram.
Hümeyir Əhmədov,
pedaqgika üzrə elmlər doktoru, professor,
Rusiya Təhsil Akademiyasının xarici üzvü,
RF əməkdar elm və təhsil xadimi.
ATİA.AZ BU TƏBRİKLƏRƏ QOŞULUR VƏ FƏRRUX MÜƏLLİMƏ SAĞLAM ÖMÜR, YARADICILIQ UĞURLARI ARZU EDİR.
Tarix: 1-01-2021, 08:33 Oxunub: 4 743
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 20:12
İlham Əliyev onları təltif etdi - SİYAHI
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
22-07-2020, 20:14
Bəzi şəxslərə fəxri adlar verildi - SİYAHI
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
18-09-2020, 00:06
Mehdiyevin dövlətə qarşı dirəniş çağırışı – Sensasion məqalə
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
12-09-2020, 10:49
Təbrik edirlər!
22-07-2020, 10:38
Mehriban Əliyevadan Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO
14-12-2020, 12:47
"Mən sazsız yaşaya bilmərəm"--- CEYHUN QURBANSOY
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
22-07-2020, 10:25
Dünyaca məşhur rəssam Rafael koronavirusdan ölüb? - İDDİA
28-12-2020, 18:02
"Mədəni irs yalnız ayrıca bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur" - Hikmət Hacıyev
22-07-2020, 19:39
“Sehirli qutu”nun cazibəsi davam edir: Ümidlə yeni mövsümə doğru…
20-07-2020, 17:02
Bakı məktəbinin məzunu doqquz nüfuzlu universitetə qəbul olub - FOTO
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
















