
13:34 / 21-10-2026
Ərazi partiya təşkilatlarında görüşlər davam edir
09:14 / 21-10-2026
Cavahir Əhmədova: "Zəngilan – Tarixi Zəfərin təntənəsi"
09:03 / 21-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə keçirilən görüşlər davam edir
11:33 / 20-10-2026
Anar Nəbiyev: "Zəngilan yenidən qurulur"
10:39 / 20-10-2026
Esmira Şıxməmmədova: Bakı Zirvəsi və Azərbaycanın artan nüfuzu
13:22 / 19-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
11:52 / 19-10-2026
Anar Nəbiyev: Füzuliyə yeni həyat qayıdıb
13:39 / 18-10-2026
"MƏN SƏNİ UDUZMADIM" - Atlaz Rzayinin yeni şeirlər kitabının təqdimatı
21:34 / 16-10-2026
Nə qədər ki,kollec direktorları himayə olunur, onlar düzgün seçilmir, müsbətə doğru nəsə dəyişə bilərmi?
17:58 / 16-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
11:28 / 16-10-2026
Anar Nəbiyev: Müharibə bizim seçimimiz olmayıb
10:17 / 16-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
08:46 / 16-10-2026
Ramil Qurbanov: Füzuli – Zəfərin və dirçəlişin ünvanı
13:33 / 15-10-2026
Anar Nəbiyev: Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik
09:50 / 15-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər davam edir
14:30 / 14-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib
13:10 / 14-10-2026
Anar Nəbiyev: İqtisadi əməkdaşlığın yolları müəyyənləşdirildi
08:24 / 14-10-2026
Polad Ağakişiyev: Dünyəvilik prinsipinə hörmət hər kəsin borcudur
14:23 / 13-10-2026
Ariz Mehtiyev: Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ
13:28 / 13-10-2026
Anar Nəbiyev: "Vahid məktəbli forması sosial bərabərlik funksiyası daşıyır"
17:26 / 12-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib
12:04 / 12-10-2026
Anar Nəbiyev: Tarixi dostluğa söykənən əməkdaşlıq
22:49 / 11-10-2026
CƏMİYYƏTİN MƏRD və VƏTƏNPƏRVƏR OĞLU - "Arifoğlu İnşaat"ın Nicatı
08:14 / 11-10-2026
“Halva Halva deməklə” intellektual Quizi keçirildi
20:02 / 08-10-2026
"UĞURLAR SƏNƏ, XƏYAL" - Elfaq Əliyevin təqdimatında
18:27 / 08-10-2026
Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq
09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
10:51 / 05-10-2026
Anar Nəbiyev: "YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
06:11 / 05-10-2026
"Həsrətin səndən də vəfalı imiş..." - Habil Əsgəroğlu
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
Bölməyə aid digər xəbərlər

QMİ-nin Mətbuat xidmətindən daxil olan təbrik mətnində deyilir:
“Bismillahir-rəhmanir-rəhim!
Əziz müsəlman bacı və qardaşlarımız, möhtərəm həmvətənlərimiz!
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Rəbbimizdən diləyirik.
İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri – Eydül-Əzha-Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq, müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.
Şükürlər olsun ki, mənəvi dəyərlərə sahib duran dövlətimizin qayğısı və himayəsi sayəsində Azərbaycan müsəlmanları bu mübarək məqamı iki gün bayram etmək şərəfinə nail olublar. Bu əziz günlərdə Azərbaycan dövlətinə, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarına və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dindarlarımızın xeyir-dualarını yetirir, xalqımızın dərin minnətdarlığını ifadə edir, dövlət-din münasibətlərinin yüksək səviyyəsi yönündə bütün səylərinə uğurlar diləyirik.
Builki Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Karantin səbəbindən ibadət məkanlarının müvəqqəti bağlı olması dindarlığa, təqvaya xələl gətirməməlidir. Xəstəlik və çətinliklər Allaha sığınmaq, səbr, təvəkkül, tövbə üçün bir vəsilə olmalıdır. Ümidvarıq ki, insanlar bu sınaqdan mənən daha güclü, ruhən daha saflaşmış çıxarlar, inşallah!
Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə yetim, kimsəsiz, ahıl, xəstə insanlara maddi, mənəvi yardım etmək savab əməllərdəndir. Qurbаn bаyrаmının sevincini qаçqın, кöçкün, кimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəкən insаnlаrа yаşаtmаq, özəlliklə pandemiya şəraitində ehtiyacı olan insanlara кönül хоşluğu ilə qeyd etməк imkanı yaratmaq Аllаhа хоş gedən sаvаb əməllərdəndir. Bayram günlərində imkansız, ehtiyacı olan insanlara qurban əti paylanması, habelə ərzaq və ya hər hansı sovqatın çatdırılması bəyənilən əməldir. Qurban kəsmək Məkkədə Həcc ziyarəti zamanı zəvvarlar üçün vacibdir, digər yerlərdə isə bu, vacib deyil, müstəhəb əməl olduğundan, bu il karantin rejimi şəraitində ictimai yerlərdə kəsim edilməməsi tövsiyə olunur. İnsanların kütləvi toplaşma ehtimalı olacaq kəsim yerlərində virusa yoluxma hallarının qarşısını almaq məqsədilə bir çox ölkələr bu addımı atır.
Bu müqəddəs bayram günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, Vətənimiz və millətimizin rifahı üçün Allaha dualar etmək hər birimizin mənəvi borcudur. Mənfur düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olublar, dinc mülki əhali qətlə yetirilib. Vətəni sevmək imandandır. Haqq işimiz yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir. Allah doğma torpağımız uğrunda canlarını fəda etmiş bütün Vətən övladlarına rəhmət eləsin! Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını, Vətən torpağının bütövlüyünün bərpasını bizlərə nəsib etsin, inşallah!
Bu mübarək günlərdə xalqımızın rifah və səadəti üçün dualar edir, xüsüsilə pandemiya dövründə dövlət başçımız İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyətini səfərbər edərək, dünyanı cənginə alan xəstəlik kabusundan müdafiə yönündə önəmli tədbirlərinə, humanitar addımlarına və nümunəvi beynəlxalq əməkdaşlıq istiqamətində BMT səviyyəsində dəstəklənən fəaliyyətlərinə Uca Allahdan uğurlar diləyirik. Bu əziz gündə dualar edirik ki, Allah-Təala möhtərəm dövlət başçımızın müstəqilliyimizi qorumaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac versin!
Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir, Allah-Təalanın nəzərinin hər zaman üzərimizdə bərqərar olmasını diləyirik. Uca Allah Azərbaycanı hifz etsin! Amin!”
Bizimlə əlaqə saxlayın
Tarix: 28-07-2020, 15:48 Oxunub: 3 573
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
28-07-2020, 15:14
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
19-07-2020, 22:38
Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
23-07-2020, 21:32
Prezidentdən ermənilərin Los-Ancelesdə xəsarət yetirdiyi həmvətənlərimizlə bağlı TAPŞIRIQ
25-07-2020, 17:17
Polad Bülbüloğlu Rusiyada yaşayan soydaşlarımıza müraciət etdi - FOTO
22-07-2020, 10:38
Mehriban Əliyevadan Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
















