18:41 / 25-04-2025
Əvəz Zeynallı azad edildi
Etibar Babayevin “Xatirələr işığında Heydər Əliyev” adlı kitabının təqdimatı keçirildi

02 may 2025-ci il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində  Əməkdar   jurnalist, professor ,  "Azad Azərbaycan" Teleradio Şirkətinin   prezidentinin müşaviri Etibar Babayevlə   görüş və  “Xatirələr işığında Heydər Əliyev” adlı  kitabının təqdimatı keçirildi.

Tədbirdə bir çox tanınmış elm xadimləri və ziyalılar iştirak edirdi.

İlk öncə  H. Əliyev Mərkəzinin rəhbəri  Naminə Ömərova  gələn qonaqları salamladı.

Tədbirin təşkilatçısı və aparıcısı   şair – jurnalist, Prezident mükafatçısı,  bir çox kitabların və məqalələrin müəllifi,   Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri,   “Tərəqqi” Medalı lauretı,  EdNews TV-nin əməkdaşı Gülşən  Behbud Ulu Öndərin siyası məktəbinin layiqli davamçısı   Etibar Babayev və onun müəllifi olduğu   “Xatirələr işığında Heydər Əliyev”  kitabı haqqında ətraflı məlumat verdi.

Sonra tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevə həsr olunmuş video sujet təqdim olundu.

Etibar Babayev  sujet haqqında qısa məlumat verərək H.Əliyev siyasi məktəbininin öyrənilməsinin ölkəmiz üçün ən başlıca amil olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Yasamal rayon YAP təşkilatının sədri Bəxtiyar Nəbiyev, xalq rəssamı Arif Hüseynov, Millət vəkili Vüqar İsgəndərov, Xalq şairi Vahid Əziz,  Əməkdar jurnalist,  Bakı Slavyan Universitetinin jurnalistika  kafedrasının  professoru   Şəlalə  Həsənova,  Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti,  əməkdar mədəniyyət işçisi Ümid Mirzəyev, professor, əməkdar jurnalist Qulu Məhərrəmli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfova, “Sahibkar Qadınlar Birliyi”nin sədri Zemfira Ağayeva, Mədəniyyət Nazirliyinin əməkdaşı Zakir Quliyev, Vətən Müharibəsi qazisi Rey Kərimoğlu, Arif Süleymanov və digər ziyalılar Etibar Babayev haqqında ürək sözlərini bölüşdülər, Etibar Babayevin Azərbaycan və Türkiyə arasında ilk mədəniyyət körpüsünü yaratdığını vurğuladılar.

 “Xatirələr işığında Heydər Əliyev”   əsərinin materialları əsasında hazırlanmış filmi  tədbir iştirakçıları gurultulu alqışlarla qarşıladılar.

Beynəlxalq Avropa Festivalının "Ən talantlı orijinal müğənni" mükafatına layiq görülmüş Rövşən Civişovun ifası və çıxışı da ruh yüksəkliyi ilə qarşılandı.

Sonda Etibar Babayev tədbir iştirakçılarına təşəkkür etdi və  qonaqlarla birlikdə Heydər Əliyev Mərkəzinin foyesində xatirə şəkilləri çəkildi.  

Aydın Adıgözəlli, 

ATİA.AZ saytının baş redaktoru 


Tarix: Вчера, 17:13 Oxunub: 158


Bölməyə aid digər xəbərlər
20-04-2025, 21:30 Kərəm İncəli -80