11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Bakı Hərrac Mərkəzi” MMC "İcbari Sığorta Bürosunda nələr baş verir? – Hərrac oyunları, korrupsiya..." adli məqaləyə cabab verdi...

25.12.2020-ci il tarixdə saytımızda  gedən  "İcbari Sığorta Bürosunda nələr baş verir? – Hərrac oyunları, korrupsiya..."  adlı yazı  (http://atia.az/gundem/2341-cbari-sorta-brosunda-nlr-ba-verir-hrrac-oyunlar-korrupsiya.html)  ilə bağlı “Bakı Hərrac Mərkəzi” MMC -dən münasibət  bildirilərək təkzib cavab məktubu redaksiyamıza göndərilmişdir. Həmin cavabı təqdim edirik:

  “Bakı Hərrac Mərkəzi” MMC-nin Mətbuat xidmətinin məlumatı
AR Mülki Məcəlləsinin 23.3, 23.6-cı maddələrinin tələblərinə müvafiq olaraq bildiririk
ki, son günlər bəzi internet saytlarında ləğv prosesində olan “Standard Insurance” ASC Sığorta
Şirkətinə məxsus əmlakların satışı üzrə “Bakı Hərrac Mərkəzi” MMC tərəfindən təşkil edilmiş
hərraclarla bağlı qərəzli, qeyri-obyektiv, səthi, həqiqətə uyğun olmayan, daha çox şəxsi qisas və
intriqa məqsədi daşıyan şər-böhtan və müəssisənin işgüzar nüfuzuna xələl gətirməyə çalışan, AR
Cinayət Məcəlləsinin 147-ci, Mülki Məcəlləsinin 23-cü maddəsi ilə müvafiq məsuliyyət yaradan
məlumatlar dərc edilmişdir.
Bununla əlaqədar qeyd etməyi zəruri hesab edirik ki, ləğv prosesində olan “Standard
Insurance” ASC Sığorta Şirkətinin ləğvetmə komissiyasının sifarişi ilə “Standard Insurance”
ASC Sığorta Şirkətinə məxsus olan bir sıra əmlakların, o cümlədən avtomobillərin açıq hərracdan
satışı “Ləğv Prosesində Olan ASC Standard Insurance Sığorta Şirkətinin Əsas Vəsaitlərinin Satışı
Üzrə Hərracların Keçirilmə Qaydaları”-nın, Sifarişçi ləğvetmə komissiyası ilə hərracın
təşkilatçısı “Bakı Hərrac Mərkəzi” MMC arasında bağlanmış müvafiq əməkdaşlıq müqavilələri,
hərracın təşkilatçısının daxili qaydaları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin
hərracın təşkili ilə bağlı müddəaları əsasında obyektiv, şəffaf, yüksək rəqabət şəraitində
keçirilmişdir.
Hərrac adımı anlayışı ilə beh anlayışının qarışdırıldığı sözügedən qərəzli məqalələrdə
hərracın təşkilatçısına və sifarişçiyə hərrac addımının 500 manat müəyyən edilməsi irad tutulmuş,
bunun yüksək dəyəri olmayan əmlaklarda bu cür yüksək hərrac addımının təyin edilməsinin
hərrac məntiqinə zidd olması, belə yüksək məbləğ iştirakçıların güya iştirak imkanlarının
məqsədli şəkildə məhdudlaşdırılmasına, iştirakdan imtina etməsinə hesablandığı iddia
olunmuşdur.
Hərrac addımı ilə bağlı qeyd olunan şər-böhtan xarakterli, həqiqətə uyğun olmayan,
qərəzli iradlara münasibət bildirirək qeyd etməyi zəruri hesab edirik ki, hərrac adımı hərracdan
satışa çıxarılan lot üzrə əmlakın qiymətinin bir dəfəyə artırılma miqdarının minimal həcmidir ki,
bu da əmlakın ilkin satış qiymətinin 1%-dən 10%-dək müəyyənləşdirilə bilər. Belə ki, məsələn,
“İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin məzmunundan görünür ki, ipoteka predmeti
olan əmlakların açıq hərracında hərrac adımı ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla
müəyyən edilmişdir. Hərrac addımının məbləği sifarişçi ləğvetmə komissiyasının hərracların
təşkili ilə bağlı qaydalarla tənzimlənmədiyindən onun məbləğinin müəyyən edilməsi hərracın
təşkilatçısına həvalə edilmiş, hərracın təşkilatçısı olan “Bakı Hərrac Mərkəzi” MMC-nin daxili
qaydalarına əsasən isə hərrac adımının məbləği əmlakın satış qiymətinin 1%-dən 10%-dək
müəyyən edilə bilər. Belə olan halda, hərracın təşkilatçısı ilkin satış qiyməti 9900 manat olan
əmlak üçün hətta 990 manat hərrac addımı müəyyənləşdirmək diskresion səlahiyyətinə malik
olduğu halda orta və yuvarlaq rəqəm kimi 500 manat hərrac addımının müəyyən edilməsinə
üstünlük vermişdir. Belə olan halda hərrac təşkilatçısı tərəfindən hərracların təşkili ilə bağlı
mövcud qanunvericilik bazasından analoji qaydada istifadə etməklə və hərracların təşkili ilə bağlı
təşəkkül tapmış praktikadan çıxış edərək hərrac addımının 500 manat müəyyən edilməsi
normaldır.
Eyni zamanda, məqalədə ekspert kimi mövqeyinə müraciət edilmiş Ə.Həsənov
bildirmişdir ki, “Digər məsələ 500 manat. Hesab edirəm ki, bu məbləğ çoxdur. Hərrac
təşkilatında nə xərc var ki, bu qədər məbləğ lazım ola. 50-100 manat ola bilərdi.”
Qeyd etdiyimiz kimi, hərracın təşkilatçısı tərəfindən müəyyən edilmiş 500 manat hərrac
adımı hərracın təşkilatçısına ödənilən vəsait, hərrac təşkilatçısının gəliri və ya xidmət haqqı deyil,
hərrac zamanı əmlaka iddiaçı olan iki və daha artıq iştirakçı olduqda əmlakın qiymətinin bir
dəfəyə artırılma miqdarının minimal həcmi və onların rəqabətini müəyyən edən meyardır. Kazual
izah olaraq bildiririk ki, məsələn, ilkin satış qiyməti 9900 manata açıq hərracdan satışa çıxarılan
əmlakı almaq üçün iddialı olan iki və ya daha artıq iştirakçı olduqda, bu zaman hərracın
təşkilatçısı onların rəqabətini təmin etmək və qalib alıcını müəyyənləşdirmək məqsədilə növbəti
hərrac adımını ataraq əmlakın satış qiymətini 10 400 manata qaldırmalı olur. Bu zaman əmlakın
yeni formalaşan qiyməti ilə razılaşan iştirakçı əmlakı alır və qalib olur. Əgər digər iştirakçı (lar)
da həmin qiymətlə razılaşsalar bu zaman növbəti 500 manatlıq hərrac addımı atılmış olur.
Maraqlı və paradoksal cəhət ondan ibarətdir ki, məqalədə bir tərəfdən sifarişçi “Standard
İnsurance” şirkətinin balansında olan əmlakların rahat qazanc qazanmaq məqsədilə ucuz qiymətə
satışını təşkil etməkdə ittiham olunduğu halda, digər tərəfdən hərrac addımının yüksək olması
barədə hərrac təşkilatçısına irad bildirilir.
Halbuki, hərrac addımının yüksək olması mahiyyət etibarilə əmlakın daha yüksək qiymətə
satılması ilə nəticələnir ki, bu da məqalə müəlifinin sözügedən ittihamını təkzib edir və ləğv
prosesində olan sığorta şirkətinin kreditorlarının maraqlarına müvafiqdir.
Həmçinin, məqalədə iddia olunmuşdur ki, güya hərracla bağlı heç bir mətbu orqanda,
internet resurslarda elan verilmir.
Bununla əlaqədar qeyd etməyi zəruri hesab edirik ki, ləğv prosesində olan “Standard
Insurance” ASC Sığorta Şirkətinin əmlaklarının satışı ilə bağlı təyin edilmiş bütün hərraclarla
bağlı məlumatlar hərracın təşkilatçısının rəsmi internet saytında, habelə bu sahədə ixtisaslaşmış
populyar KİV-dən “Birja.com” saytında, “Market” qəzetində və digər məlumat mənbələrində
vaxtaşırı elanlar dərc edilir və marketinq aparılır.
Məsələn, “Market” qəzetinin 33 (10725), 29 (10721), 37 (10727), 39 (10729), 43
(10733)-cü saylarında ləğv prosesində olan “Standard Insurance” ASC Sığorta Şirkətinin
əmlaklarının satışı ilə bağlı təyin edilmiş hərraclarla bağlı müvafiq elanlar dərc edilmişdir.
Qəzetin qeyd olunan nömrələrində sözügedən elanlarla tanış olmaq mümkündür.
Məlumat üçün bildiririk ki, keçirilən sözügedən hərracların elanlarının dərc olunduğu
qeyd olunan KİV-lərdə, ələxüsus “Market” qəzetində vaxtaşırı digər aparıcı ixtisaslaşdırılmış
hərrac təşkilatlarının, o cümlədən “Bakı Hərrac Mərkəzi” MMC-nin məhkəmə qərarlarının icrası
ilə bağlı yerli icra qurumları tərəfindən verilən sifarişlər üzrə hərraclarına dair elanlar da dərc
olunur.
Eyni zamanda, məqalədə iştirak haqqının məbləğinin müəyyən edilməsi ilə bağlı
elanlardakı müvafiq qrafalarda iştirak haqqının “Sifarişçi ilə razılaşma üzrə” formatında qeyd
olunmasına irad bildirilib. Bununla bağlı qeyd etməyi zəruri hesab edirik ki, hərrac təşkilatçısının
gəliri və xidmət haqqı olan iştirak haqqı ləğvetmə komissiyasının müvafiq qaydaları əsasında
deyil, sifarişçi ilə razılaşma üzrə, yəni sifarişçi ilə hərracın təşkilatçısı arasında bağlanmış
hərracların təşkili üzrə xidmətlərin göstərilməsinə dair müvafiq müqavilə üzrə müəyyən
edilmişdir ki, bu da mülki qanunvericiliyin tələblərinə uyğundur. Başqa sözlə, iştirak haqqı
hərracın təşkilatçısı tərəfindən sifarişçi ilə bağlanmış müqavilədə razılaşdırılmış həddə
müəyyənləşdirilir. Həmin müqavilənin şərtlərinə əsasən hərrac təşkilatçısının xidmət haqqı olan
iştirak haqqı əmlakın ilkin satış qiymətinin 2% həcmində, lakin 500 manatdan artıq olmamaqla
müəyyən edilmiş, habelə hərrac başa çatdıqdan sonra hərracın qalibindən başqa digər
iştirakçıların ödədikləri iştirak haqqlarının behlə birlikdə onlara qaytarılması nəzərdə
tutulmuşdur. Həmin müqaviləni isə müəssisəmizə rəsmi sorğu verildiyi halda təqdim etməyə
hazırıq.
Göründüyü kimi, iştirak haqqlarının məbləği sifarişçi tərəfindən deyil, hərracın təşkilatçısı
tərəfindən müəyyən edildiyindən məqalədə iddia olunmuş güya “iştirak etmək istəyənlərin
R.Əhmədovla qeyri-müəyyən sövdələşmələrə razılaşdırıldıqdan sonra hərraca buraxılacaqları”
barədə fikirlər absurd, əsassız və şər-böhtan xarakterli mülahizələrdir.
Eyni zamanda məlumat üçün bildiririk ki, “Standard Insurance” ASC Sığorta Şirkətinə
məxsus əmlakların hərracları üzrə həyata keçirilmiş satışlar zamanı ümumi satış dəyəri 51 350
manat olan 5 avtomobil satılmış, hərracın təşkilatçısı “Bakı Hərrac Mərkəzi” MMC isə bu
satışlardan iştirak haqqı qismində cəmi 1007 (bir min yeddi) manat gəlir əldə etmişdir.
Yeri gəlmişkən bildiririk ki, məqalədə ucuz sensassiya xatirinə “Açıq görünən hərrac
oyunları, mənimsənilən milyonlar”-dan bəhs olunsa da, açıq hərracdan satışa çıxarılan əmlakların
cəmi satış qiyməti 51 350 manatdır.
Məqalədə hərrac elanlarında texniki səhv kimi sifarişçi qismində ləğvetmə komissiyasının
deyil, “İcbari Sığorta Bürosu”-nun göstərilməsi ilə bağlı mülahizələri ilə əlaqədar bildiririk ki,
qeyd olunan məsələ hərracın təşkilinin şəffaflığı, qanunauyğunluğu və rəqabət şəraitinə
ümumiyyətlə təsir göstərmir. Belə ki, əmlakı hərracdan almağa iddialı olan iştirakçı üçün
sifarişçinin məhz hansı qurum olmasının heç bir ciddi əhəmiyyəti yoxdur. Məlumat üçün
bildiririk ki, hərracın təşkili ilə bağlı müqavilə “Bakı Hərrac Mərkəzi” MMC ilə ləğvetmə
komissiyası arasında bağlanmış, sifarişlər İcbari Sığorta Bürosu tərəfindən deyil, ləğvetmə
komissiyası tərəfindən verilmişdir.
Məqalədə əmlakların qiymətlərinin güya bazar təcrübəsi olmayan, lakin R.Əhmədova
bağlılığı ilə seçilən qiymətləndirmə şirkəti tərəfindən həyata keçirilməsinə dair şər-böhtan
xarakterli iddialarla bağlı qeyd etməyi zəruri hesab edirik ki, əmlaklar qiymətləndirmə xidməti
bazarında kifayət qədər tanınmış və zəngin qiymətləndirmə təcrübəsi olan, habelə məhkəmələrin
və yerli icra qurumlarının, eləcə də müxtəlif dövlət qurumlarının qiymətləndirmə sifarişlərini icra
edən “Bakı Qiymətləndirmə Mərkəzi” MMC tərəfindən mövcud bazar qiymətləri, iqtisadi
konyunktura, avtomobillərin texniki servis hesabatları və digər məlumat mənbələri əsasında
“Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun, “Malların (işlərin və xidmətlərin) ehtimal
olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında AR Nazirlər
Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarının müddəalarına, Beynəlxalq
qiymətləndirmə standartlarına əsasən həyata keçirilmişdir.
Bir daha qeyd etməyi zəruri hesab edirik ki, “Bakı Hərrac Mərkəzi” MMC ilə ləğvetmə
komissiyası arasında hərracların təşkili ilə bağlı əməkdaşlıq müddəti ərzində ləğvetmə
komissiyasının sədri Rəşad Əhmədov mütəmadi olaraq hərracların obyektiv, şəffaf, açıq rəqabət
şəraitində və qanuni şəkildə keçirilməsinə şəxsən və ləğvetmə komissiyasının digər üzvləri
vasitləsilə nəzarət etmiş, prosesi yaxından izləmiş, daim irad və təkliflərini, mülahizələrini
bölüşmüşdür.
Bir daha qeyd edirik ki, sözügedən məqalədə qeyd olunan xüsusatlar böhtandır,
həqiqəyəuyğun deyil, qərəzlidir, qeyri-obyektivdir və həmin əməllər müəssisəmizə qarşı davam
etdirildiyi təqdirdə tərəfimizdən aidiyyəti üzrə məhkəmədə AR Mülki Məcəlləsinin 23-cü
maddəsinin tələblərinə müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsi və dəymiş
maddi ziyanın ödənilməsi tələbinə dair iddia, habelə AR CM-in 147-ci maddəsinə müvafiq olaraq
xüsusi ittiham qaydasında müraciət ediləcəkdir.


Tarix: 28-12-2020, 11:19 Oxunub: 1 282


Bölməyə aid digər xəbərlər