Boksçumuz dopinqə görə yarışlardan 4 illik kənarlaşdırılıb

Azərbaycan boksçusu Fərid Sadıqov dopinq qaydalarını pozduğu üçün 48 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Belə ki, Sadıqovun nümunələrində qadağan olunmuş maddələrin, onların metabolitlərinin və ya markerlərinin izləri aşkarlanıb.

Bununla yanaşı, o, həm də qadağan edilən maddədən və ya üsuldan istifadə etdiyi və ya bu istiqamətdə cəhd göstərdiyi üçün də cəzalandırılıb.

Diskvalifikasiya qərarı 2024-cü il yanvarın 1-dən qüvvəyə minib və sanksiya 2028-ci ilin eyni tarixinə qədər davam edəcək.

Apasport.az





Tarix: 17-04-2025, 10:33 Oxunub: 4 178


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31