“ƏMƏK BAZARININ TƏLƏBLƏRİ, PEŞƏ TƏHSİLİ VƏ MÜASİR BACARIQLARIN UYĞUNLAŞDIRILMASI” MÖVZUSUNDA FORUM KEÇİRİLİB

      1 noyabr 2026-cı il tarixində Şəki şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və Peşə Təmayüllü Siniflər Layihəsinin birgə təşkilatçılığı ilə “Əmək bazarının tələbləri, peşə təhsili və müasir bacarıqların uyğunlaşdırılması” mövzusunda forum keçirilib.

🇦🇿 FORUMUN AÇILIŞ MƏRASİMİ

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi açılışını Şəki şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, AGMA İdarə Heyətinin üzvü və ARTİ-nin Şəki-Zaqatala regionu üzrə aparıcı metodisti Gülnar Əliheydərova elan edib.

Daha sonra Şəki Dövlət Regional Kollecinin direktor vəzifəsini müvəqqəti icra edən, tədris işləri üzrə direktor müavini Günel Mustafayeva və Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva çıxış edərək forumun aktuallığı, məqsədi və qarşıya qoyulan vəzifələr barədə fikirlərini bölüşüblər.

🎤 FORUM ÇƏRÇİVƏSİNDƏ MƏRUZƏLƏR

Forum çərçivəsində altı məruzəçi əmək bazarının müasir tələbləri, peşə təhsilinin inkişafı, karyera imkanları və gələcəyin peşələri ilə bağlı aktual mövzularda çıxış ediblər.

🔹 Səbahət Bağırova – Şəki şəhəri üzrə Gənclər və İdman Sektoru üzrə baş məsləhətçi.

Mövzu: “Peşə təhsili alan gənclərin karyera inkişafında dövlət gənclər siyasətinin rolu”.

🔹 Kamal Hüseynov – Marxal Müalicə-İstirahət Kompleksinin baş meneceri.

Mövzu: “Təhsil müəssisələri ilə əmək bazarı arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi”.

🔹 Aişənur İsmayılova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi.

Mövzu: “Akademik təhsildən peşəyə keçid”.

🔹 Dilbər Məmmədzadə – Şəki rayon Cumakənd tam orta ümumtəhsil məktəbinin qrup rəhbəri.

Mövzu: “Peşə təhsilində təsəvvürlər, müxtəlif perspektivlər və imkanlar”.

🔹 Röyal Mürsəlov – Şəki rayon Cumakənd tam orta ümumtəhsil məktəbində aşpaz köməkçisi ixtisası üzrə müəllim.

Mövzu: “Aşpazlıq sənətində innovasiyalar: ənənəvi mətbəxdən müasir kulinariyaya”.

🔹 Nəcibə Süleymanlı – Şəki rayon Qoxmuq kənd tam orta ümumtəhsil məktəbində kompüter operatoru ixtisası üzrə müəllim.

Mövzu: “Rəqəmsallaşma və süni intellekt: gələcəyin peşələri və bacarıqları”.

💡 FİKİR MÜBADİLƏSİ VƏ MÜZAKİRƏLƏR

Forum zamanı məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub.

Müzakirələr əsasən aşağıdakı istiqamətləri əhatə edib:

▪️ Əmək bazarının müasir tələbləri və gələcəyin peşələri;

▪️ Peşə təhsilinin inkişaf perspektivləri və mövcud imkanları;

▪️ Təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi;

▪️ Gənclərin peşə seçimi və karyera inkişafının dəstəklənməsi;

▪️ Rəqəmsallaşma və süni intellektin təhsil prosesinə inteqrasiyası;

▪️ Müasir əmək bazarında tələb olunan bilik, bacarıq və səriştələrin formalaşdırılması.

🤝 TƏŞƏKKÜR VƏ YEKUN ÇIXIŞ

Forumun yekun hissəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Şəki şəhəri üzrə koordinatoru, Şəki rayon Kiş kənd H.Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Peşə Təmayüllü Siniflər Layihəsi üzrə qrup rəhbəri Kamran İsayev çıxış edib.

O, forumun təşkilində və keçirilməsində əməyi olan bütün təşkilatçılara, qonaqlara, məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirib.


Forumun əsas məqsədi təhsil sistemi ilə əmək bazarı arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, peşə təhsilinin imkanlarının genişləndirilməsi, gənclərin müasir əmək bazarının tələblərinə uyğun hazırlanması və onların gələcək karyera inkişafına dəstək göstərilməsidir.

Tədbir bir daha göstərib ki, əmək bazarının inkişafı, peşə təhsilinin keyfiyyətinin artırılması və gənclərin müasir bacarıqlara yiyələnməsi bir-biri ilə sıx bağlı olan mühüm istiqamətlərdir


Peşə Təmayüllü Siniflər  Azərbaycan Gənc Müəllimlər Assosiasiyası


Tarix: Bu gün, 14:32 Oxunub: 86


Bölməyə aid digər xəbərlər